Tarix : 2009 Apr 25
Kod 11525

Azərbaycan, Rusiya və İranın Sərhəd Xidmətlərinin rəhbərləri arasında görüş olub

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Rusiyanın Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini-Sərhəd Xidmətinin rəhbəri, ordu generalı ...
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Rusiyanın Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini-Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Proniçev və İranın sərhəd polisinin komandanı general-mayor Qasım Rzayi arasında işçi görüş keçirilib. Görüşdə dövlət sərhədlərində, sərhəd buraxılış məntəqələrində, habelə Xəzər dənizində mövcud vəziyyət və gələcək inkişaf tendensiyaları, o cümlədən Azərbaycan, İran və Rusiya Sərhəd Xidmətləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüş iştirakçıları beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıq, narkotiklərin dövriyyəsinə, dövlət sərhədlərində digər qeyri-qanuni fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər. Tərəflər Xəzər dənizinin akvatoriyasında təhlükəsizliyin təmin edilməsi qabaqlayıcı məlumat mübadiləsinin həyata keçirilməsi məqsədi ilə qarşılıqlı əlaqə və əməkdaşlıq üzrə təkliflərin hazırlanması və 5 Xəzəryanı dövlətin sərhəd xidmətləri mütəxəssislərinin görüşünün keçirilməsi zəruriliyini vurğulayıblar. Sonda 2 və 3 tərəfli protokollar imzalanıb.
 
  • Yazılıb
  • da (də) 2009 Apr 25