Tarix : 2009 Apr 25
Kod 11529

Azərbaycan Türkiyəyə satılan qazın qiymətini qaldıracaq

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, bununla bağlı Türkiyə tərəfi ilə danışıqlar aparılır
Azərbaycan servisi/Aran Agentliyi
«Yeni Şərq»in verdiyi məlumata əsasən, Azərbaycan Türkiyəyə satılan qazın qiymətini qaldıracaq. Azərbaycan  Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, bununla bağlı Türkiyə tərəfi ilə danışıqlar aparılır. Türkmənistanın paytaxtı Aşqabadda keçirilən konfrans çərçivəsində Türkiyənin Sənaye və Energetika Nazirliyi və “Botaş” şirkətinin rəhbərliyi ilə bu barədə müzakirələr aparılıb. Rövnəq Aabdullayev qazın hansı qiymətə qaldırılacağını açıqlamasa da, yeni qiymətin aprelin 15-dən qüvvəyə minəcəyini deyib. Qeyd edək ki, buna qədər Türkiyəyə qazın 1000 kub metri 120 dollara satılırdı.
   
    Rövnəq Abdullayev: "Bilirsiniz ki, 2001-ci ildə Şahdəniz sazişi çox yüksək səviyyədə bağlanmışdı. Həmin vaxt biz Rusiyadan 30 dollara qaz alırdıqsa, Türkiyəyə 120 dollardan qaz satmaq barədə müqavilə bağlamışdıq. İndi bu saziş köhnəlib. Həmin sazişə görə o qiymətlər 1 il müddətinə verilə bilərdi. 1 ildən sonra isə yeni qiymətlə bağlı danışıqlar başlamalı idi. 2001-ci ildən 2007-ci ilə qədər böyük vaxt keçib. Bu qiymətlərin bu qədər qalxmasını heç kəs bilmirdi. Biz bir il müddətinə öhdəliklərimizi yerinə yetirdik və 1 ildən sonra qiymətin qalxması prosesinə başladıq".
 
  • Yazılıb
  • da (də) 2009 Apr 25