Araşdırmalardan məlum olub ki , ötən gün saat 14 radələrində əraziyə gələn polis və mülki geyimli şəxslər məscidin imamından təcili camenin bağlanmasını tələb ediblər
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda Türk camesi adlı məscidin bağlandığı xəbər verilir . Dəyərlər internet saytının məlumatına əsasən ibadət evinin qapısına vurulan elana görə came təmir ediləcək. Türkiyə səfirliyinin əməkdaşı da elə deyir ,amma möminlər başqa cür fikirləşirlər . Məlumatda qeyd olunur ki , dünən günorta namazından sonra Şəhidlər xiyabanında yerləşən və çoxlarının Türk camesi kimi tanıdığı məscid bağlanıb . Bəzi məlumatlara görə məscidin bağlanması son vaxtlar normallaşan Türkiyə -Ermənistan məsələsi ilə sıx bağlıdır . Bildirilir ki , Türkiyə vəqflərinə məxsus came bundan sonra muzey kimi fəaliyyət göstərəcək.
Dəyərlər saytı artırır: Araşdırmalardan məlum olub ki , ötən gün saat 14 radələrində əraziyə gələn polis və mülki geyimli şəxslər məscidin imamından təcili camenin bağlanmasını tələb ediblər . Bundan sonra məscidin qapıları bağlanıb . Bu faktı dəyərlər saytının əməkdaşları ilə söhbətində Türki camesinin imamı Ruhi də təsdiq edib . O bildirib ki , məscid təmirlə əlaqədar olaraq qeyri-müəyyən müddətə bağlanıb . O deyib : Açığını deyim ki , biz də bununla əlaqədar elan yazıb məscidin qapısına vurduq ki , namaza gələnlər camenin təmirə dayandığını görsünlər . İndi həm qadınların , həm də kişilərin namaz qıldığı zalların qapısı bağlıdır . Məscidin nə vaxt açılacağı isə məlum deyil.