Gürcüstanda müxalifət Tiflisin mərkəzini plakatlarla və həbsxana kameralarını xatırladan dəmir qəfəslərlə iki yerə bölüblər
Gürcüstan servisi/Aran Agentliyi
«Yeni Şərq»in ANS-ə istinadən verdiyi məlumata əsasən, Gürcüstanda müxalifət Tiflisin mərkəzini plakatlarla və həbsxana kameralarını xatırladan dəmir qəfəslərlə iki yerə bölüblər. Gazeta.ru saytının məlumatına görə, aprelin 9-dan müxalifət tərəfdarları gecəni bu qəfəslərdə keçirirlər.
Bu gün müxalifət həmçinin Gürcüstan İctimai televiziyasının binasının qarşısında “utanc dəhlizi” adı altında aksiya keçirib. Televiziyanın əməkdaşları bu dəhlizdən keçməli olsalar da, işçilər televiziyanın əlavə girişindən istifadə ediblər.