Türkiyə Rusiyanın yeni C-400 Hava Hücumundan Müdafiə sistemini almaq barədə qərar qəbul edib
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə Rusiyanın yeni C-400 Hava Hücumundan Müdafiə sistemini almaq barədə qərar qəbul edib.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Rosoboroneksport”un nümayəndəsi Anatoli Aksyonov bildirib.
Onun sözlərinə görə, Türkiyə C-400 raketlərini almaq niyyətində qətidir və bu məsələni Türkiyə müdafiə nazirinin müavini Murad Bayarla görüş zamanı müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə 2008-ci ilin martında uzun məsafəli Zenit Raket Kompleksləri ilə bağlı tender elan edib. Tenderdə Rusiya ilə yanaşı İsrail, ABŞ və Çin də iştirak ediblər. Türkiyənin C-400 sifarişi 1-4 milyard dollar arasında olacaq.