Aprelin 26-da saat 20.30 radələrində Bakının Yasamal rayonunda Murtuza Muxarov 190 ünvanında yerləşən "Peyğəmbərimiz Məhəmmədin məscidi" adlanan məscid sökülüb
Azərbaycan servisi/Aran Agentliyi
məlumata əsasən, Aprelin 26-da saat 20.30 radələrində Bakının Yasamal rayonunda Murtuza Muxarov 190 ünvanında yerləşən "Peyğəmbərimiz Məhəmmədin məscidi" adlanan məscid sökülüb. Yasamal rayon dini icmasının rəhbəri Mirvaleh Mövsümov ANSPRESS-ə bildirib ki, söküntü ilə bağlı xəbəri eşidib həmin əraziyə gələrkən 27-ci polis bölməsinə aparılıb.
Ətrafdakı sakinlər isə bildiriblər ki, aprelin 26-da axşam həmin ərazidə yollar bağlanıb və nəqliyyatın hərəkəti dayandırılıb. Əraziyə ağır texnika yeridilib və məscid tamamilə dağıdılıb.
M. Mövsümov isə ANS PRESS-ə bildirib ki, məscid məhkəmə qərarı olmadan sökülüb. Belə ki, Yasamal rayon məhkəməsi Yasamal rayon icra başçısı İbrahim Mehdiyevin iddiasını qəbul edərək məscidin sökülməsi barədə qərar çıxarıb. M. Mövsümov qərardan appelyasiya şikayəti verib və Appelyasiya Məhkəməsi işlə bağı hələ ki, qərar verməyib.
Xatırladaq ki, məscid binasının qanunsuz tikildiyi bildirilir.