Tarix : 2009 Apr 28
Kod 11589

Əhmədinejad və Ərdoğan İslam dünyasının misilsiz rəhbərləridir

Küveytdə çıxan Əlqəbəs qəzeti Əhmədinejad və Ərdoğanı İslam dünyasının misilsiz rəhbərləri kimi yad edib
İİR servisi/Aran Agentliyi
Küveytdə çıxan Əlqəbəs qəzeti Əhmədinejad və Ərdoğanı İslam dünyasının misilsiz rəhbərləri kimi yad edib .
Qəzetdə Əbdulrəhman Xalid Mahmudun yazdığı "Yaşasın Əhmədinejad və Ərdoğan " başlıqlı məqalədə deyilir: Ərəblərin əbədi rəhbəri Camal Əbdülnasirin dünyasını dəyişməsindən sonra işğalçı Sionist rejimə qarşı mübarizə simvolu yox idi , amma birdən-birə Allah Təala İslam dünyasından bizə iki rəhbər mərhəmət buyurdu ki , misilsiz şücaətlə ümmət gənclərində mübarizə və müqavimət ruhu yaratmaqla bizə ümid qığılcımı aşdılar .
 Qəzetbilə yazır : Sionist düşmənə qarşı ilk fəryad İrandan və Mahmud Əhmədinejad tərəfindən olur ki , tarixi və şücaətli bir şəxsdir , onun sözləri , onun davranışları ilə uyuşur .
Əlqəbəsin yazdığına görə ,Əhmədinejad beynəlxalq iclaslarda düşmənə qarşı elə sözlər söyləyir ki , bizim rəhbərlərimizin və medialarımızın heç biri onları söyləməyə cürət etməz .

 Qeyd edilən qəzet sonra belə yazır: Başqa bir islami rəhbər də Rəcəb Təyyüb Ərdoğandır ki , İsrail rejiminin sədri Şimon Peresin qeyd edilən rejimin Qəzzə zolağındakı qətliamı və cinayətlərini himayə edən konfransda o konfransı tək etməklə sionistlərin yalançılıqları və onların beynəlxalq konfranslara istilasını ifşa etdi.

  • Yazılıb
  • da (də) 2009 Apr 28