Tarix : 2009 Apr 29
Kod 11616

İran PKK-nın yuvasını dağıdır

KYB-nin rəsmi internet saytında İran topçu birliklərinin Qəndil yamaclarındakı Bokreskan, Enza və Sloboly kəndlərinin yaxınlığını şüddətli atəş altına alıb
İİR servisi/Aran Agentliyi
İslam-Azerinin NTV-yə istinadlı xəbərinə görə, İran, PKK-nın yuvası sayılan Qəndil dağını atəşə tutub.

İraq Dövlət Başçısı Cəlal Talabaninin lideri olduğu Kürdüstan Vətənpərvər Birliyi (KYB), sərhəddəki İran birliklərinin Qəndil dağındakı PKK qruplarına istiqamətlənmiş topçu atəşi açdığını bildirib.

KYB-nin rəsmi internet saytında İran topçu birliklərinin Qəndil yamaclarındakı Bokreskan, Enza və Sloboly kəndlərinin yaxınlığını şüddətli atəş altına alıb.

KYB-yə bağlı Kurdsat TV də, İran topçusunun atəş açdığı bölgədən video görüntüləri yayınlayıb.

PKK-nın İrandakı qolu PJAK-ın, qısa bir müddət əvvəl sərhəddəki 10 İran əsgərini öldürdüyü, silahlı terroristlərin Şimali İraqa qaçdıqları bildirilmişdi.

Nəzərinizə onuda çatdıraq ki, PKK terror təşkilatı bəzi qüvvələr tərəfindən Qəndil dağına yerləşdirilib və əsas bazası ordadır. Qandil dağı 2 ölkə sərhəddini özündə birləşdirir.

Yayımladığımız bu videoda PKK terrorçularının gizləndiyi Qəndil dağı haqda ətraflı məlumat verilib.
 
  • Yazılıb
  • da (də) 2009 Apr 29