Tarix : 2009 Apr 30
Kod 11618

Terror aktı ilə bağlı ətraflı məlumat

Bakıda Dövlət Neft Akademiyasında terror aktında 13 nəfər ölüb, 10 nəfər yaralanıb. Bəzi məlumatlara görə, hadisəni törədən Azərbaycan əsilli Gürcüstan vətəndaşı olub
Azərbaycan servisi/Aran Agentliyi

 

14:44

Terror aktı ilə bağlı son məlumatları diqqətinizə çatdırırıq
İslam-Azeri-nin İtar Tassa istinadlı xəbərinə görə öldürülənlər arasında İnterfaks-Azerbaycan xəbər agentliyinin jurnalistinin anasıda öldürülüb.
Türkiyənin Cihan xəbər agentliyinə görə terrorçu Suriyalıdır və terror aktını törətdikdən sonra özünü qətlə yetirib.
Türkiyənin Anadolu xəbər agentliyi isə terrorçunun 25 yaşlı Gürcüstan vətəndaşıdır.
Faktla bağlı araşdırılma aparılır


Son verilən məlumata görə reanimasiyaya aparılan 2 xəsarət almış şəxs dünyasını dəyişib. Bununla birlikdə ölənlərin sayı 15 nəfərə çatıb.

Məlumatlara görə Bakıda Dövlət Neft Akademiyasında terror aktında 13 nəfər ölüb, 10 nəfər yaralanıb. Bəzi məlumatlara görə, hadisəni törədən Azərbaycan əsilli Gürcüstan vətəndaşı olub.

Dövlət Neft Akademiyasında aparılan əməliyyat artıq başa çatıb. Xüsusi təyinatlı polis dəstələri artıq ərazidən uzaqlaşıb. İlkin məlumata görə, hadisəni törədən bir nəfər xarici vətəndaş özünü güllələyib. Ərazidə yanğınsöndürən maşınlar qalıb. Respublika Klini Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub. 4 saylı Əfəndiyev adına Xəstəxanadan verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib. Onlardan 2-si ölüb. Hər iki şəxs Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. 3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadadır. Onlardan biri suriyalı Naoya Dean, digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə isə indiyə qədər 13 meyitin gətirildiyi bildirilir.

Tələbələrin verdiyi məlumatda görə, Akademiyanın Kaffedra Müdürüdə öldürülüb. Şahidlərin verdiyi məlumata görə, bir neçə şəxs özünü akademiyanın pəncərəsindən aşağı atıb. Lakin onların haqqında ətraflı məlumat verilməyib.

13:26
Klinik Tibbi Mərkəzə 6 cəsəd və 7 yaralı gətirilib, ölənlər arasında iki qadın var
Azərbaycan Neft Akademiyasına terror hücumu nəticəsində yaralılar və ölənlərin bir qismi Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstəxananın məsul cərrahı Əziz Məmmədovun verdiyi məlumata görə, bu gün məlum hadisələrlə əlaqədar xəstəxanaya 7 yaralı və 6 meyit gətirilib. Bundan başqa bir nəfər ambulator yardım üçün xəstəxanaya müraciət edib, müvafiq tibbi yardım göstərildikdən sonra həmin şəxs evə buraxılıb. Əziz Məmmədov yaralılara tibbi yardım göstərildiyini və onların müvafiq şöbələrdə yerləşdirildiyini deyib. Yaralılardan bəziləri üzərində cərrahiyyə əməliyyatı aparılıb. Onların durumu stabildir. Yaralılar arasında bir nəfər Sudan vətəndaşı və Azərbaycan Neft Akademiyasının professoru da var. Hər iki şəxsin vəziyyəti stabildir. Əziz Məmmədov yaralıların baş və boyun nahiyələrindən güllə yarası aldığını deyib. Məsul cərrah həmçinin xəstəxanaya altı meyitin daxil olduğunu bildirib. Ölənlər arasında 50-55 yaşlarında bir qadın və cavan bir qız da var.

Məlumatda ANS PRESS və APA.az-ın informasiyasıda var.

 
  • Yazılıb
  • da (də) 2009 Apr 30