Tarix : 2009 Apr 30
Kod 11637

Azərbaycan Səhiyyə Nazirliyi terror zamanı ölənlərin yekun siyahısını açıqlayıb

Azərbaycan Dövlət Neft Akademiyasında terror hücumu nəticəsində ölən şəxslərin tam siyahısı müəyyənləşib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Dövlət Neft Akademiyasında terror hücumu nəticəsində ölən şəxslərin tam siyahısı müəyyənləşib.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyevin APA-ya verdiyi məlumata görə, hadisə zamanı ölən şəxslər aşağıdakılardır:

1. Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri, II mikrorayon)
2. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
3. Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri, Xətai rayonu Babək prospekti)
4. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri, Füzuli küçəsi)
5. Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər, VII mikrorayon)
6. Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər, IX mikrorayon)
7. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
8. Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
9. Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
10. Bağırov Ayaz Cahangir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri, Yasamal rayonu)
11. Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri, Füzuli küçəsi)
12. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)
13. Terrorçu – Qədirov Fərda Əsəd oğlu, 1980-ci il təvəllüdlü (Gürcüstan vətəndaşı).

S. Əliyev APA-ya deyib ki, hadisə nəticəsində dünyasının dəyişən 12 nəfər Səhiyyə Nazirliyinin hesabına müsəlman adət-ənənələri ilə yuyulub, kəfənlənib və maşınlarla ünvanlarına çatdırılıb. Yaralanan 10 şəxs isə hazırda stasionar müalicə alır. Onlardan bir neçəsinin vəziyyəti çox ağırdır.

S. Əliyevin sözlərinə görə, Azərbaycan Neft Akademiyası və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində dünyasının dəyişənlərin valideynlərinə, yaxınlarına təskinlik vermək məqsədilə hazırda nazirliyinin psixoloq briqadası fəaliyyət göstərir. Briqada sabah da fəaliyyət göstərəcək. Həmin briqada əhalini bu hadisə nəticəsində yaranmış təşvişdən xilas etməyə yardım edir. S. Əliyev nazirliyin yaralılar üçün qanvermə aksiyasının keçirilməsinə ehtiyacın olması barədə məlumatları da təkzib edib.
 
  • Yazılıb
  • da (də) 2009 Apr 30