Tehranın cümə namazı xitabətçisi ABŞ hökumətinin dəyişiklik şüarı verib, əməldə bunun əksinə rəftar etməsinin tənqid edib
İİR servisi/Aran Agentliyi
Tehranın cümə namazı xitabətçisi ABŞ hökumətinin dəyişiklik şüarı verib, əməldə bunun əksinə rəftar etməsinin tənqid edib. Tehranın cümə namazı xitabətçisi Ayətullah Seyyid Əhməd Xatəmi Barak Obamanın prezident kimi fəaliyyətə başlamasından 100 gündən çox bir zamanın keçdiyini deyərək, deyib: Bu müddət ərzində Obama hökumət ölkə daxilində maliyyə böhranının qarşısını almaqda heç bir müvəffəqiyyət qazana bilmədiyi kimi, xarici siyasət sahəsində də heç bir dəyişiklik aparmayıb.
Xatəmi əlavə edib: Fələstin məsələləri ilə bağlı ABŞ-ın keçmiş prezidentinin köhnə siyasətləri təkrar edilir və ABŞ-ın terrorçu İsrail rejminə olan dəstəyi ABŞ-ın xarici siyasətində rüsvayçı bir ləkə kimi qalmaqdadır.
Tehranın cümə namazı xitabətçisi beynəlxalq qanunlara görə işğal edilmiş ölkədə təhlükəsizliyin təmin edilməsində işğalçı tərəfin məsuliyyət daşıdığına təkid edərək deyib: ABŞ 2011-ci ilə kimi İraqı tərk etməlidir. Amma bu terror hücumları öz iştirakını İraq hökumətinə qəbul etdirmək istiqamətindəki səylərin başlanğıcıdır.
Xatəmi ABŞ-ın İran ilə bağlı siyasətlərində heç bir dəyişikliyin baş vermədiyinə işarə edərək, deyib: Obama bu istiqamətdə Buşun siyasətlərini davam etdirir.
Tehranın cümə namazı xitabətçisi ABŞ-ın dövlət katibinin İrana qarşı kəskin sanksiyalardan söz açmasına işarə edərək deyib: Bu kimi siyasətlər ilə necə müzakirədən danışmaq olar? Siz İran ilə müzakirə ardınca deyilsiniz. Siz İranı qarət etmək fikrindəsiniz. Amma bu arzunu özünüzlə dəfn etməli olacaqsınız.
Tehranın cümə nazmazı mərasimində iştirak edənlər də "ABŞ-a ölüm olsun" şüarı ilə Xatəminin sözlərini dəstəkləyiblər.
Tehranın cümə namazı xitabətçsi habelə bəzi ərəb ölkələrinin İran və Livan Hizbullahına qarşı çıxışlarını utandırıcı adlandırıb və onlara xitabən deyib: İran ilə bu cür danışmamalısınız. Çünki ağanız ABŞ və səmimi dostunuz İsrail belə İİR-ni məntəqənin böyük qüdrəti olduğunu qəbul ediblər və Livan Hizbullahı da 33 günlük müharibədə dünyanın dördüncü güclü ordusu adlandırılan bir ordunu məğlubiyyətə uğradan tərəfdir.