Tarix : 2009 May 01
Kod 11660

«Ergenikonçulardan» saxta hədislər

Uca Allah türkləri köməkçi etməklə şübhəsiz ki, məni çox gücləndirdi. Mənim onlarla və ya onlardan bəziləri ilə olmağım sizlərlə və ya sizlərdən bəzilərinizlə olmağımdan daha üstündür
Türkiyə servisi/Aran Agentliyi

«Yeni Şərq»in Türkiyə KİV-inə istinadən verdiyi məlumata əsasən, qonşu ölkədə «Ergenikon» əməliyyatının araşdırılması zamanı bir sıra maraqlı faktlar ortaya çıxıb.
    Belə ki, qanuni dövlətə qarşı ciddi hərəkətə keçməyi planlayan qüvvələr bu davranışlarına dini don geyindirmək üçün hətta Peyğəmbərimizdən (s) saxta hədislər də uydurublar. Onlar bu hədislərdə türkləri və türkçülüyü ifrat dərəcədə şişirtməyə çalışmışlar. Saxta hədislərdən bəzilərini diqqətinizə çatdırırıq.
    «Uca Allah türkləri köməkçi etməklə şübhəsiz ki, məni çox gücləndirdi. Mənim onlarla və ya onlardan bəziləri ilə olmağım sizlərlə və ya sizlərdən bəzilərinizlə olmağımdan daha üstündür»;
    «Allahın Şərqdə bir ordusu var. Onun adını türk qoymuşdur. Ona qarşı üsyan edənlərdən məhz türklər intiqam alacaq»;
    «Türk dilini öyrənin, çünki onların uzun müddət sürəcək hegemonluğu olacaq».

 
  • Yazılıb
  • da (də) 2009 May 01