Fərda çox sakit adam idi. O evdən çölə çıxmır, bütün günü evdə musiqi dinləyir və idmanla məşğul olurdu
Azərbaycan servisi/Aran Agentliyi
Fərda çox sakit adam idi. O evdən çölə çıxmır, bütün günü evdə musiqi dinləyir və idmanla məşğul olurdu". Bu barədə məlumatı ANS-in Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində olan müxbirinə Azərbaycan Dövlət Neft Akademiyasında 13 nəfərin ölümü ilə nəticələnən silahlı basqını törətdiyi bildirilən Fərda Qədirovun qonşusu Fərman Nəbiyev verib. Onun sözlərinə görə, Fərda Qədirov təxminən ay yarım qabaq Bakıya dincəlməyə getdiyini deyərək, kənddən çıxıb. Bakıya gələndə isə evlərinin açırını qonşuların təhvil verib. "Amma onun xarakterinə görə, heç bir qonşu ilə mənfi söz söhbəti olmayıb. Sakit, səssiz adam idi, çölə çıxmırdı. Bircə çörək alıb gələrdi. Bütün günü evdə olurdu. Heç kimə qarışmırdı".