dünyada azadlıqların vəziyyətini dəyərləndirən «Freedom House» təşkilatı 195 ölkədə medianın vəziyyətinə dair son hesabatını açıqlayıb
Azərbaycan servisi/Aran Agentliyi
«Yeni Şərq»in BBC-yə istinadən verdiyi məlumata əsasən, dünyada azadlıqların vəziyyətini dəyərləndirən «Freedom House» təşkilatı 195 ölkədə medianın vəziyyətinə dair son hesabatını açıqlayıb. Siyahıda Azərbaycan 168-ci yerdə qərarlaşıb. Hesabatda Azərbaycan mətbuatı azad olmayan ölkələrə aid edilib.
Hesabatda qeyd olunur ki, bütün keçmiş Sovet ölkələri ümumi keçmişə malik olmalarına baxmayaraq, regiondakı ölkələrin azadlıq reytinqi fərqlidir. Bəzi ölkələrdə müəyyən irəliləyiş əldə olunsa da, bu, müstəqil medianı qorxutmaq üçün aparılan kampaniya nəticəsində pozulub.
Ermənistan siyahıda 144-cü yerlə azad olmayan ölkə kimi göstərilir.
Gürcüstan isə qismən azad ölkə hesab edilib -128-ci yer.
Bütün dünyada mətbuat azadlığının səviyyəsinə görə tərtib edilən siyahıya İslandiya rəhbərlik edir. Sonuncu yerdə isə Şimali Koreya durur. Mətbuatın vəziyyəti araşdırılan 195 ölkədən 64-ü azad olmayan, 61-i qismən azad, 72-si isə azad ölkə kimi qiymətləndirilib.