Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı iş üzrə şübhəli şəxs qismində saxlanılmış Nadir Əliyevə qarşı ittiham irəli sürüb
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı iş üzrə şübhəli şəxs qismində saxlanılmış Nadir Əliyevə qarşı ittiham irəli sürüb.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Prokurorluğundan məlumat verilib.
Nadir Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mayın 1-də şübhəli şəxs qismində saxlanılmış 1984-cü il təvəllüdlü N.Əliyev cinayəti törətmiş Fərda Qədirovun həmkəndlisidir.
Xatırladaq ki, aprelin 30-da səhər tapança ilə silahlanmış şəxsin ADNA-nın korpuslarından birinin binasında törətdiyi atışma nəticəsində 12 nəfər öldürülüb, müxtəlif dərəcəli xəsarətlər almış daha 9 nəfər isə xəstəxanadadır. Hücum edən şəxs özünü güllələyib.
Onun üzərindən Gürcüstan vətəndaşı olan Marneuli rayonunun Daştəpə kəndinin sakini Fərda Qədirovun adına olan sənədlər tapılıb.
Daha sonra istintaq, həmçinin meyitin göstərildiyi atası Əsəd Qəribov bu şəxsin Fərda Qəribov olduğunu təsdiqləyib.