Azərbaycan Xarici İşlər Naziri Amerika dövlət katibi ilə görüşəcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona iki günlük işgüzar səfəri başlayıb
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Xarici İşlər Naziri Amerika dövlət katibi ilə görüşəcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona iki günlük işgüzar səfəri başlayıb. XİN mətbuat xidmətinin rəhbər əvəzi Elxan Poluxov “Turan”a bildirib ki, mayın 4-də E.Məmmədyarovun əvvəlcə Pentaqonda, sonra isə ABŞ Təhlükəsizlik Şurasında görüşü olacaq. Mayın 5-də isə Azərbaycan xarici işlər naziri ilə Amerika dövlət katibi Hillari Klinton arasında təkbətək görüş olacaq. E.Məmmədyarovun Amerika ekspertləri ilə də görüşləri olacaq.
Politoloq Zəfər Quliyevin fikrincə bu görüşlərin nəticələri olmalıdır. Ekspertin qənaətincə təsadüfi deyildir ki, həm Azərbaycanın, həm də Ermənistanın XİN rəhbərlərinin məhz Praqa sammiti ərəfəsində Vaşinqtona dəvət ediblər. Bunu təsadüfı olmadığını bildirən Z.Qulitev “Dəyərlər”ə açıqlamasında daha sonra bunları demişdir: “Vaşinton prezidentlərin Praqa görüşündən əvvəl hər iki ölkənini fikirkləri ilə maraqlanır. Eyni zamanda aydın məsələdir ki, Vaşinqtonun öz təşəbbüsü, öz planı var. Bu iki ölkəni də öz planı ilə tanış edir. Mövqeləri yaxınlaşdırmağa çalışırlar. Ümumiyyətlə biz nəzərə almalıyıq ki, son aylarda Cənubi Qafqazda gedən proseslərdə yeni Vaşinqton administrasiyası həddindəın artıq təşəbbüskarlıq nümayiş etdirir. Təsadüfi deyildir ki, ABŞ dövlət katibi H.Klinton Qarabağ məsələsini, regionda gedən prosesləri öz nəzarəti altında saxlayır. Bu onu göstərir ki, bu səfər təsadüfi deyil. Onun əhəmiyyəti ola bilsin ki, yaxın zamanda özünü göstərin.
Mətbuat xidmətinin rəhbər əvəzi Azərbaycan xarici işlər nazirinin Ermənistan xarici işlər naziri ilə görüşünün nəzərdə tutulmadığını bildirib.