İİR Servisi/Aran Agentliyi
İİR-nin xarici işlər naziri bildirib ki , bu gündən Amerikanın siyasətləri və proqramlarında, habelə onun dünya ölkələrilə münasibətlərində dəyişikliyə böyük zərurət hiss olunur .
Mənuçehr Müttəki Tehranın Müddərris universitetində ölkənin xarici siyasəti ilə bağlı konfransda etdiyi çıxışında deyib : İran-ABŞ əlaqələrinin bərpası gündəmdə deyil. Lakin rəsmi Tehran həmişə olduğu kimi yenə də Amerikanın Yaxın Şərq məsələlərində fəaliyyətini araşdıracaqdır . Onun sözlərinə görə İranla ABŞ arasında uzunmüddətli düşmənçilik strategiyasını Tehran təyin etməyib . Əksinə iki ölkə arasında gərginliyi qızışdıran Amerikanın siyasətləridir .Əslində əgər birləşmiş ştatlar bu gün Əfqanıstan münaqişəsinin həllində İrandan yardım istəyirsə , bu İranın ədalət və sülhsevərlik amallarının göstəricisidir . İranlı nazir sora Pakistanda sabitliyin bərqərarı naminə region ölkələrinin əməkdaşlığını zəruri sayaraq bu ölkə hadisələrində Sionist rejimin əlinin olduğunu istisna etməyib. O qeyd edib ki ,Əfqanıstan 50 faiz həddində gərginlik yaşanan zaman Corc Buş gəlib guya bu ölkəni xilas etmək istədi , lakin 7 ildən sonra indi gərginlik bütün Əfqanıstana yayılıb və Pakistana da sirayət edibdir . Obamaya əslində bunlar Buşdan irs qalıb.
İran XİN-nin başçısı sonda İran ,Əfqanısan və Pakistan nümayəndələrinin regionda cərəyan edən böhranın həlli ilə bağlı yolları araşdırmaq üçün Tehranda bir araya gələcəklərini vurğulayıb.
Onun fikrincə region dövlətləri ya Əfqanıstan və Pakistanda təhlükəsizliyin bərqərarına köməklik göstərməlidirlər , ya da bunu etmirlərsə işlərdə əngəl törətməsinlər .