Dünyada qəbul olunmuş normativlərə əsasən isə, vəziyyət o zaman təhlükəli sayılır ki, problemli kreditlər payı 5 faizi keçsin
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın bank sektoru qlobal iqtisadi böhrandan əziyyət çəkməkdə davam edir. Mərkəzi bankın aprelin 1-ə olan məlumatına görə, vaxtında qaytarılmayan kreditlərin məbləği 195 milyon manatı keçib ki, bu da əvvəlki ayla müqayisədə 12,5 milyon manat çoxdur. Martın 1-nə ölkə üzrə kreditlərin 2,7 faizi problemli idisə, indi bu rəqəm 3 faizi keçib. Dünyada qəbul olunmuş normativlərə əsasən isə, vəziyyət o zaman təhlükəli sayılır ki, problemli kreditlər payı 5 faizi keçsin.