Azərbaycan və Ermənistan liderlərinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə görüşündən sonra iki ölkənin XİN rəhbərləri mətbuat üçün bəyanatla çıxış edəcəklər
Azərbaycan servisi/Aran Agentliyi
Praqada ABŞ-ın Çexiya səfirliyində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçirilib. Turan «Azadlıq» radiosunun Azərbaycan xidmətinə istiandla bildirir ki, Azərbaycan və Ermənistan liderlərinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə görüşündən sonra iki ölkənin XİN rəhbərləri mətbuat üçün bəyanatla çıxış edəcəklər.
Bu arada, Türkiyənin «SNN-Turk» telekanalının yaydığı məlumata əsasən, Türkiyə prezidenti Abdulla Gül də Azərbaycan və Ermənistan prezidentləri ilə ayrıca görüş keçirəcək.