Tarix : 2009 May 07
Kod 11756

Ayətullah Sübhani: “Dünya sülhə susuzlayıb”

Bütün ölkələr dünya üzrə sülhün olmasına inanırlar və biz də gərək bu mühüm məsələni dünya xalqı üçün sübut edək
İİR servisi/Aran Agentliyi
Böyük mərcəyi-təqlidlərdən biri dedi: “Bütün ölkələr dünya üzrə sülhün olmasına inanırlar və biz də gərək bu mühüm məsələni dünya xalqı üçün sübut edək”.

Ayətullah Cəfəri Sübhani, Sahibi-Zaman (ə.f.) adlı kitabxananın açılışı mərasimində bildirdi: “Mehdi (ə) mövzusu ixtisaslaşdırılmış şəkildə işlənməlidir. Çünki bütün dünya millətləri vəd edilmişə inanırlar”. O, əlavə etdi: “Biz ki, dünya üzrə sülhün bərqərar olmasını Quran ayələri və hədislərdən başa düşürük, bu mühüm məsələni məntiqi yolla, dəlillərlə və ağıllı şəkildə dünya insanlarına tanıtmalıyıq.

Əgər biz istəsək dünya xalqına hüccətimizi isbat edək, dərin və geniş tədqiqlər aparılmalıdır ki, inkar olunmayaq. Və bu məsələ təkcə geniş və ixtisaslaşmış kitabxana imkanları ilə mümkün deyildir”.

Ayətullah Sübhani bu kitabxanın işə salınmasını mühüm məsələ kimi qiymətləndirib, davam etdi: “Bu kitabxanaya çox sayda tədqiqatçı cəlb edilməlidir ki, Mehdi mövzusu ciddi və dəqiq surətdə təhqiq edilsin.

Əgər Mehdi mövzusundakı dünya xalqının şübhələrinə və ehtiyaclarına cavab verə bilsək, dəlil və bürhan əsasında onlarla danışmalıyıq və bu iş daha çox tədqiqat istəyir”.

Ayətullah Sübhani eyni zamanda düşmənlərin mövcudiyyətinin mühəqqiqlərin inkişafına səbəb olduğunu bildirdi və dedi: “Bu azlıqların mövcud olması bais olur ki, Mehdi məsələsi daha çox dini təhqiqatçıların diqqətini cəlb etsin”.

O, davam etdi: “Ümid edirəm ki, bu azlıqların qarşısında güclü və möhkəm addımlar atılacaq və dıplomatik yazılar yazılacaqdır ki, dəlil və məntiqlə bu azlıqların qarşısında dayana bilək. Bu sahədə elə bir təhqiqatçılar işə alınmalıdır ki, İmam Zaman (ə) ağanın aşiqi olsunlar ki, daxili yanğı və eşq ilə bu sahədə fəaliyyət göstərə bilsinlər”.
 
  • Yazılıb
  • da (də) 2009 May 07