Gürcüstan servisi/Aran Agentliyi
«Yeni Şərq»in ANS-ə istinadən verdiyi məlumata əsasən, Gürcüstan müxalifətinin həbs edilmiş üç tərəfdarının azad edilməsi barədə tələbi yerinə yetirilib. "İnterfaks" agentliyinin Gürcüstanın Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, müxalifətçilər azad edilmələrinə baxmayaraq, məhkəmə qarşısına çıxarılacaqlar.
Qeyd edək ki, Gürcüstan müxalifəti üç nəfərin bu gün saat 17:00-a kimi azad edilməsi üçün hökumətə ultimatum göndərmişdi.
Saxlanılan müxalifətçilər- Vaçnadze, Oniani və Revazişvili adlı şəxslər İctimai televiziyanın jurnalistini döyməkdə ittiham edilirdilər. "RİA Novosti" agentliyinin məlumatına görə, onlar Patriarx II İlyanın xahişi ilə sərbəst buraxılıblar.