Tarix : 2009 May 08
Kod 11783

Vəhabi dini təriqətinin üzvünün evindən partlayıcı və geyim əşyaları aşkarlanıb

Sumqayıt şəhərində vəhabi dini təriqətinin fəal üzvünün evindən partlayıcı və geyim əşyaları aşkar edilib
Azərbaycan servisi/Aran Agentliyi

«Yeni Şərq»in ANS-ə istinadən verdiyi məlumata əsasən, Sumqayıt şəhərində vəhabi dini təriqətinin fəal üzvünün evindən partlayıcı və geyim əşyaları aşkar edilib. Daxili İşlər Nazirliyinin məlumatıma görə, daxil olmuş əməliyyat məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, vəhabi dini təriqətinin xəvariclər qrupunun fəal üzvü Elçin Əvəzovun evinə baxış keçirib. Baxış zamanı 2 ədəd qumbara, 1 ədəd alışdırıcı, meşə şəraitində yaşamaq üçün nəzərdə tutulmuş xüsusi geyim əşyaları, 50 ədəd gödəkçə, 48 ədəd şalvar və 25 ədəd yun gödəkçə aşkar edilərək götürülüb.

  • Yazılıb
  • da (də) 2009 May 08