ələstin məsələsi ölkələrin əsillikləri üçün bir meyardır, bu mənada ölkələrin Fələstinlə bağlı tutduğları mövqe qeyd edilən ölkələrin həqiqi mahiyyətini aydınlaşır
İİR servisi/Aran Agentliyi
İranın İslami Şüra Məclisinin Sədri bildirib ki, İranın Fələstin məsələsinə diqqət yetirməsinə daimi bir məsələdir və Fələstinin öz haqqına çatması zamana qədər onu müdafiə edəcəkdir.
Müxbirimizin verdiyi məlumata əsasən, Əli Laricani Fələstin müqavimət simvolu, Qəzzə cinayət qurbanı adlı konfransın təşkilaiçıları ilə görüşdə Fələstini himayə üzrə bu konfransın keçirilməsinə görə təşəkkür edərək deyib: Qeyd edilən konfransın ruhu və əzəməti beynəlxalq arenada çoxlu təsirlərə malik oldu.
Iranın parlamentinin sədri qeyd edilən konfransın dəyər və əhəmiyyətini tam şəkildə aydın və onun dünya xalqlarına müraciətinin anlaşılası olmasına təkid edərək belə əlavə edib: Konfransın keçirilməsi üzrə əsas fikir İslam İnqilabının böyük rəhbərinin Fələstin haqdakı strateji baxışından mənşə alır.
Laricani Fələstin mövzusunun regionun başqa məsələri kənarında kiçik bir məsələ olmamasını xatırladaraq deyib: Fələstin məsələsi ölkələrin əsillikləri üçün bir meyardır, bu mənada ölkələrin Fələstinlə bağlı tutduğları mövqe qeyd edilən ölkələrin həqiqi mahiyyətini aydınlaşır.
Laricani regionda bir çox ölkələrin Fələstin haqda özlərini bilməməzliyə vurmalarından təəssüfləndiyini ifadə edərək əlavə edib: Bu ölkələr başqalarını aldatmaq istəyirlər və bu məsələ onların özlərinin aldanmalarının göstəricisidir.