Tarix : 2009 May 10
Kod 11826

İran əsgərləri ilə kürd qaçaqmalçıları arasında silahlı toqquşma

dünən İran-İraq sərhədində İran sərhəd qoşunları və kürd qaçaqmalçıları arasında silahlı toqquşma baş verib
İİR servisi/Aran Agentliyi
İran əsgərləri ilə kürdlər arasında silahlı toqquşma baş verib.

İslam-Azeri-nin Forat Nyusa istinadlı xəbərinə görə dünən İran-İraq sərhədində İran sərhəd qoşunları və kürd qaçaqmalçıları arasında silahlı toqquşma baş verib.

Qaçaqmalçılardan bir nəfərin öldürüldüyü bir nəfərin isə yaralandığı bildirilir.

Hadisənin Şahabəddin bölgəsində baş verdiyi önə çəkilir.

Həmin saatlarda olay baş verən ərazilərdə mina partlaması nəticəsində 2 nəfər yaralanıb.
  • Yazılıb
  • da (də) 2009 May 10