Tarix : 2009 May 11
Kod 11828

Azərbaycandan Gürcüstana mazut aparan qatar Kürdəmir rayonu ərazisində qəzaya uğrayıb

Bakı-Tiflis dəmir yolunun 367-ci km-nin 7-ci piketində - Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yük qatarı qəzaya uğrayıb
Azərbaycan Servisi/Aran Agentliyi
   «Yeni Şərq»in APA-ya istinadən verdiyi məlumata əsasən, Bakı-Tiflis dəmir yolunun 367-ci km-nin 7-ci piketində - Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yük qatarı qəzaya uğrayıb. Səngəçaldan Tiflisə mazut aparan qatarın cüt relsdən tək relsə keçməsi zamanı 3 vaqon relsdən çıxaraq aşıb.
    Qəza nəticəsində vaqonların təkərləri qırılsa da, içərisindəki mazut dağılmayıb. Qatarın qəzaya uğraması nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Materiallar aidiyyəti üzrə Gəncə şəhər prokurorluğuna təqdim olunacaq.
    Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Nəqliyyatda Baş Polis İdarəsinin yerli nümayəndələri işləyirlər. Bəzi məlumatlara görə, qatar ARDNŞ-ə məxsusdur.
 
  • Yazılıb
  • da (də) 2009 May 11