Yeni daxil olan məlumata əsasən artıq məscid ətrafında mühafizəçilər qoyulub və onlar heç kimi yaxına buraxmırlar
Azərbaycan servisi/Aran Agentliyi
Bu ana əldə edilən məlumata əsasən, bəlli olmuşdur ki, sökməyi icra edən iş icraatçısına tapşırılıb ki, artıq səhərə qədər məscid yerlə yeksan olmalıdır. hadisəni şərh edərkən bildirmişdir: "Hadisələr çox böyük sürətlə cərəyan edir. Əslində nə baş verməsini anlamaq olmur. Öncə inanclı insanların aylardı ibadət etdiyi Allah Evini dünən bağlayıb, içindəkiləri (istilik, çilçıraqı, soyutma sistemini) söküblər. Bu gün ərzində isə pəncərələri, ardınca dəstəmazxanasını sökmüşlər. Hal-hazırda isə artıq məscidi tam surətdə yerlə yeksan etmək əmrinin verilməsi tikinti icraçıları tərərfindən açıq-aşkar səsləndirilir. Açığı, insanın inanmağı da gəlmir. Lakin son həftələtdə yaşanan məscilərlə bağlı olaylardan sonra hadisələrin istənilən istiqamətdə inkişafını gözləmək olar. Minarələrin sökülməsinə başlanma xəbərləri artıq gəlməkdədir. Çox biabırçı bir hadisədir. Anlamaq olmur ki, neçə ay öncə inşa edilmiş və rəsmi açılmış Allah Evini kim və niyə qəfildən sökdürür? Baş verənləri şərh etməyə heç bir söz tapmaq mümkün deyil. Uca Allaha bu məntiqsiz və mənasız işlərdən pənah aparırıq"