İslam İnqilabının Böyük Rəhbəri İranın şimal-qərbində yerləşən Sənəndəc şəhərində etdiyi çıxışında xalq kütlələrinin vəhdət və həmrəyliyini əhəmiyyətli məsələ adlandırmışlar
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri İranın şimal-qərbində yerləşən Sənəndəc şəhərində etdiyi çıxışında xalq kütlələrinin vəhdət və həmrəyliyini əhəmiyyətli məsələ adlandırmışlar .
Həzrət Ayətullah əl-Üzma Xamenei milli birliyin qorunmasını ölkənin inkişafında mühüm amil sayaraq xalqın fitnələr qarşısında ayıq-sayıq olmasının bundan sonra da zəruri olduğunu xatırladıblar . O həzrətin sözlərin görə, hər kəs xalqın birliyi müqabilində fitnə törədərsə, istər-istəməz düşmənin ünsürüdür .
İnqilab Rəhbəri dünya imperializminin İİR-yə qarşı təhdid və təzyiqlərinə toxunaraq bildiriblər : İslam hökuməti bu günədək imperialistlərin qarşısında dayanıb və öz müqavimətini bundan sonra da davam etdirəcəkdir .
İnqilab nəticəsində milli izzətin İran xalqına verilməsini ilahi nemət adlandıran Böyük Rəhbər söyləmişlər ki , mərhum İmam Xomeyni İran xalqının milli izzətinin rəmzidir .
İnqilab Rəhbəri söhbətinin davamında düşmənləri İranda vətəndaş müharibəsi salmaq cəhdlərinə görə qınayıb və bildiriblər : Düşmən heç vaxt yerində sakit oturmur və ölkədə yaşayan qövmləri ögey qələmə verməklə öz hərbələrini işə salır .
Onun dediyinə görə , Kürdüstan ostanında görülən abadlıq işləri alqışa layiqdir , və icra strukturlarının nümayəndələrinin vaxt-aşırı bölgədə səfərdə olması inkişafa yol açan mühüm hərəkətlərdəndir .
Xatırladaq ki , Böyük Rəhbərin nitqini dinləmək üçün yüz minlərlə insan mərasim yerinə toplaşmışdır .Həmçinin Həzrət Ayətullah əl-Üzma Xameneinin çıxışı İİR-nin radio-televiziya kanallarından canlı surətdə yayımlanıbdır .