Azərbaycan servisi/Aran Agentliyi
Az. R-nın Müdafiə Nazirliyi ordunun çavuşu Anar Xanbabaoğlu Hacıyevin ermənilərə əsir düşməsini təsdiq edib .
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildiribdir ki , hazırda Anar Xanbaba Hacıyevin hansı şəraitdə əsir düşdüyü araşdırılır.
Əsir və İtkin Düşmüş və Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov isə deyib ki , Çavuşun qaytarılması üçün müvafiq tədbirlər görüləcək . Çavuş mayın 10-da Füzuli rayonu ərazisində qonşuların təmas xəttində Ermənistan tərəfinə əsir düşüb .
Ermənilər Anar Hacıyevin könüllü şəkildə Ermənistan tərəfə keçdiyini deyiblər . Son illərdə çoxlu sayda Az. R. ordusunun hərbçiləri erməni tərəfinə əsir düşüblər .