Tarix : 2009 May 12
Kod 11879

Görünür bəzi məmurlar dinə təhlükə kimi baxırlar

Sökülən məscidlə bağlı Azadlıq radiosu Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlidən münasibət öyrənib
Azərbaycan servisi/Aran Agentliyi
Sökülən məscidlə bağlı Azadlıq radiosu Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlidən münasibət öyrənib.

Bakıdakı Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyir ki, artıq bəzi məmurlar Azərbaycanı sovet dövrünə qaytarmaq istəyirlər. Hacı Şahin Həsənlinin fikrincə Neft Daşlarındakı məscidin sökülməsi həmin məmurların İslamın güclənməsindən narahat olmağa başladığının göstəricisidir:

«Görünür bəzi məmurlar dinə təhlükə kimi baxırlar. İnsanlara vicdan azadlığı verilməlidir. Təzyiqlərlə heç nəyə nail olmaq mümkün deyil».

Hacı Şahin Həsənli düşünür ki, məscidlərin uçurdulması, din adamlarının təqib edilməsi əksinə radikalizmin daha da güclənməsinə gətirib çıxara bilər.
 
  • Yazılıb
  • da (də) 2009 May 12