Tarix : 2009 May 12
Kod 11880

Ərdoğanın Azərbaycana səfər programı bəlli oldu

Azərbaycanın prezidenti İlham Əliyev ilə təkbətək və nümayəndələrlə birlikdə görüşdükdən sonra, ortaq mətbuat konfransı verəcək
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb. Bu barədə Türkiyənin "Zaman" qəzeti yazıb.

R. T. Ərdoğan mayın 13-də ilk olaraq Heydər Əliyevin məzarını ziyarət edəcək, sonra isə Azərbaycan və Türk şəhidlərinin məzarlarına əklil qoyacaq.

Azərbaycanın prezidenti İlham Əliyev ilə təkbətək və nümayəndələrlə birlikdə görüşdükdən sonra, ortaq mətbuat konfransı verəcək. Daha sonra baş nazir Azərbaycan Milli Məclisində olacaq və orda çıxış edəcək.

Bundan əlavə R. T. Ərdoğan Türkiyənin Azərbaycandakı səfirliyində iş adamları, dərnək təmsilçiləri və səfirliyin nümayəndələrinin iştirak edəcəyi mərasimdə iştirak edəcək.

Bakıdakı görüşlərinin sonu olaraq Ərdoğan axşam saatlarında Buta Sarayında rəsmi axşam yeməyinə qatılacaq və ardından Polşaya gedəcək.

Qeyd edək ki, baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Bakıya gəlir.
 
  • Yazılıb
  • da (də) 2009 May 12