Nə tikəndə bizimlə razılaşdırırlar, nə də sökəndə. Belə hallar olur
Azərbaycan servisi/Aran Agentliyi
Sökülən məscidlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəsmisi açıqlama verib.
“Nə “Neft daşlar”ında hər hansı məscidin tikilməsi ilə bağlı icazə olub, nə də orada hansısa dini icma dövlət qeydiyyatından keçib”. Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Dövlət komitə rəsmisi deyib ki, “Neft daşları”nda hansısa məscid tikilibsə də, dövlət komitəsində sənədləşdirilməyib. G. İsmayılovun sözlərinə görə, bütün hallarda sözügedən ərazidə məscidin sökülüb-sökülmədiyi ilə bağlı məlumatlar araşdırılacaq.
Azadlıq radiosunun xəbərinə görə isə Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov isə bildirir ki, Neft Daşlarındakı məscid sökülməzdən əvvəl onlar heç xəbərdar belə edilməyiblər:
«Nə tikəndə bizimlə razılaşdırırlar, nə də sökəndə. Belə hallar olur».