Tarix : 2009 May 13
Kod 11906

Əhli-sünnə alimləri Ayətullah Xameneiyə minnətdarlıq ediblər

İranın Kürdüstan vilayətinə səfər edən ali dini lider Ayətullah Xamenei bu vilayətin tanınmış sünni üləmalarıyla görüşüb
İİR servisi/Aran Agentliyi
   “Yeni Şərq”in İran mətbuatına istinadən verdiyi məlumata görə, İranın Kürdüstan vilayətinə səfər edən ali dini lider Ayətullah Xamenei bu vilayətin tanınmış sünni üləmalarıyla görüşüb. Görüşdə əhli-sünnə alimləri Ayətullah Xameneiyə İran Kürdüstanı ərazisində yayımlanan televiziya və radio kanalları vasitəsilə sünni fiqhinə uyğun azan səsləndirilməsinə rəsmən icazə verdiyinə görə, öz minnətdarlıqlarını bildiriblər.
    Kürdüstanlı din alimləri İranda əhli-sünnə məzhəblərinin davamçılarına öz dini fəaliyyətlərini sərbəst şəkildə həyata keçirmək və inkişaf etdirmələri üçün dövlətin yaratdığı imkanları təqdir ediblər. Onlar dövlətin din siyasətini İslam ümmətinin birlik və bərabərliyinə xidmət etdiyini vurğulayıb, bu istiqamətdə görülən işlərə dəstək verdiyi üçün ali dini rəhbərə təşəkkür ediblər.
    Xatırladaq ki, bu günlər İranın ali dini lideri Ayətullah Xamenei Kürdüstan vilayətinə səfər edib. Bu vilayətin əksər əhalisini şafii məzhəbli sünnilər təşkil edirlər. Ayətullah Xameneinin Kürdüstan səfəri davam edir. Burada o, dövlət xadimləri, qeyri-hökumət təşkilatları, dini çevrələr və geniş xalq kütlələrilə görüşlər keçirir.
 
  • Yazılıb
  • da (də) 2009 May 13