Tarix : 2009 May 14
Kod 11908

İran Antonov An-148 təyyarəsi istehsal edəcək

İran, Ukraynanın yardımı ilə Antonov An-148 tipli sərnişin təyyarəsi istehsal edəcək
İİR servisi/Aran Agentliyi
İslam-Azerinin İran mətbuatına istinadlı xəbərinə görə, İran, Ukraynanın yardımı ilə Antonov An-148 tipli sərnişin təyyarəsi istehsal edəcək.

Orta həcmli 85-99 sərnişin tutumlu təyyarələrin hər birinin 18-22 milyon dollara başa gələcəyi bildirilib.

İranın Müdafiə Nazirliyi, Antonov An-148 tipli sərnişin təyyarəsinin istehsal layihəsini aldıqlarını, Ukraynanın da yardımı ilə bu təyyarələri İranda istehsal etməyi planlaşdırıldığını önə çəkib.

Nəzərinizə çatydıraq ki, İran hal-hazırda Rusiya və Ukrayna yardımı ilə Antonov An-140 təyyarəsini istehsal edir.
 
  • Yazılıb
  • da (də) 2009 May 14