İİR xalqa arxalanmaqla bu düşmənçiliklərə qalib gəlsə də, lakin hamının, xüsusən istedadların əcnəbilərin şeytanlıqları qarşısında sayıq olmaları vacibdir
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İİR quruluşu ölkənin heç bir nöqtəsinə təəssüb, qövmçülük, birtərəfli və ayrı-seçkilik baxışı ilə nəzər salmır və öz mühakimə yürütmələrində yalnız İslam və İranlı olmağı əsas götürür.
Həzrət Ayətullah-əl-üzma Xamenei dünın səhər Sənəndəcdə Kürdüstanın elm, ədəbiyyat, incəsənət, mədəniyyət, idman, siyasət, ictimaiyyət və iqtisadiyyat sahələri üzrə yüzlərlə istedadı ilə görüşdə İslam və İran düşmənlərinin İslam İnqilabı qələbəsinin ilk illərində etnik və məzhəbi təfriqələr salmaq və Kürdüstan ostanını "təhlükəsizlik-hərbi" etmək üzrə cəhdlərinə toxunaraq söyləyiblər: İİR xalqa arxalanmaqla bu düşmənçiliklərə qalib gəlsə də, lakin hamının, xüsusən istedadların əcnəbilərin şeytanlıqları qarşısında sayıq olmaları vacibdir.
Həzrət Ayətullah-əl-üzma Xamenei dünyadakı hegemonçuların İranla düşmənçiliklərinin səbəblərini şərh edərək artırıblar: İslami quruluşun təbiəti yəni müstəqil baxışa malik olmaq və dünya zorakılarının siyasətlərindən təsir almamaq, imperialist qüdrət mərkəzlərini İran xalqı ilə düşmənçiliyə vadar edir və islami quruluş da bu düşmənçiliklər qarşısında özünümüdafiəyə məcburdur.
İslam İnqilabının Böyük Rəhbəri asılılıq və təhqir olma sisteminin çevrilməsini İslam İnqilabının qələbəsinin nəticələri adlandıraraq artırıblar: İslami quruluş yeni bir söz və aydın və dəyərli bir həqiqət təqdim edib ki, hesablamalar və təhlillərdə bu əsas cəhət tam şəkildə diqqət yetirilməlidir.
Həzrət Ayətullah-əl-üzma Xamenei habelə vurğulayıblar: Müttəfiq, sıx, öncül və böyük iftixarlara nəzarətçi iranlının mövcudluğu dünya zalımlarını nigaran edibdir. Lakin onlar indiyə kimi İran xalqının ümidverici hərəkətini dayandıra bilmədikləri kimi bundan sonra da xalqın müxtəlif təbəqələrinin birliyi, məsul şəxslərin sayıqlığı, xüsusilə istedadlar və alimlərin təsir göstərmələri ilə bir iş görməyə qadir olmayacaqlar.