Tarix : 2009 May 15
Kod 11926

Rusiya Daxili İşlər Nazirliyinin 4 avtomobili bu gün səhər yandırılıb

Rusiya FHN-nin xilasediciləri vaxtında gəlsələr də milislər öz gücləri hesabına yanğının qarşısını alıblar. Rusiya DİN bu faktla bağlı araşdırma aparır
Rusiya servisi/Aran Agentliyi
Moskvada milislərin 4 avtomobilini yandırıblar.

İslam-Azeri-nin Rusiya KİV-lərinə istinadlı xəbərinə görə bu gün Moskvada Rusiya Daxili İşlər Nazirliyinin Mühafizə xidmətinin 4 avtomobili səhər saat 04:00-da naməlum şəxslər tərəfindən yandırılıb.

Rusiya FHN-nin xilasediciləri vaxtında gəlsələr də milislər öz gücləri hesabına yanğının qarşısını alıblar.

Rusiya DİN bu faktla bağlı araşdırma aparır.
  • Yazılıb
  • da (də) 2009 May 15