Azərbaycan servisi/Aran Agentliyi
Yazıçı: Sima Salur
Tarix üzrə doktora tələbəsi, Tehran Universiteti
Xülasə
Rusiya imperaturu, I Polun qətlindən sonra I Alkesandr hakimiyyətə çatdı. 1802-ci ildə o, rəsmi şəkildə Gürcüstanın Rusiyaya birləşdiyini elan etdi.və general Sisiyanovun Qafaza göndərdi.Sisiyanovun vəzifəsi Tiflisə yerləşmək və Bütün Qafqazı işğal etmək idi. Beləliklə İran və Rusiyanın I müharibəsi başlandı.müharibə zamanı İranın bütün ərazisi, xüsusi ilə Azərbaycan təhlükədə idi.beləki İrəvan, Qarabağ, Talış, Şəki, Şirvan, ... xanlıqları ölkəni qorumaq əvəzinə Ruslarla əməkdaşlıq etdilər.Qafqaz müsəlman xalıqların içərisində İbrahım Xəlilxan Cavanşir, Qarabağ hakimi Ruslarla əməkdaşlıq etdi.ancaq Rusların hakimiyyəti dövründə xanlıqlara zülm edildi və xanlıqların içərisində İbrahim Xəlilxan Ruslarla daha çox əməkdaşlıq etdi və Ruslar tərəfindən ilk qətlə yetirilən şəxslər Cavanşirin oğlu və qadını idi.buna görə də Cavanşırin Ruslarla əməkdaşlığı tədqiqat üçün daha çox əhəmiyyətlidir. Bu məqalədə Qafqaza Rusların hücumu və onların qarşısında İbrahim Xəlil xanın mövqeyi araşdırılacaq.
Giriş
Səfəvilərdən sonra Əfşarlar hakimiyyətə çatdılar.səfəvilər dövründə məhəlli hakimlər, xanlıqlar İrana tabe idilər.və xanlıqlar öz hakimiyyətlərini genişləndirmək üçün bir-birlərinin ərazilərinə hücum edirdilər.hərçənd ki Nadir şahın zühurundan sonra və mərkəzi hakimyyət gücləndikdən sonra bu siyasət təğirə salındı.ancaq Əfşarların I şahı qətlə yetirildikdən sonra təkrar Qafqaz bölgəsi canişinlər üçün rəqabət meydanına çevrildi.Zəndiyə dövründə, Kərim xan və canişinlərin acizliyi səbəb oldu ki, Qafqazda böhran artsın.Ağa Məhəmməd xan dövründə Qafqaz xanlıqları İrana tebe oldular, ancaq onun ölümü bu siyasətin yürüdülməsinə mane oldu.
Xanlıqlar Qacar hakimiyyətinə tabe olmamaq üçün ruslarla əlbir oldular.xanlıqlar öz hakimiyyətlərini möhkəmləndirmək üçün ruslara yardım etdilər.halbuki ruslar bütün qafqazı işğal etməkdən məqsədləri xanlıqların hakimiyyətinə son vermək idi.
Bu dövrdə Ruslara yardım edən xanlıqların biri, Cavanşir xanlığı idi.və onların ən məşhur xanı İbrahımxəlil xan Cavanşir idi.
İbrahimxəlil xan Cavanşirin hakimiyyətə çatması:
Qarabaqğın və Şuşanın ən etibarlı xanlığı Cavanşır xanlığı idi.bu xanlıq başqa xanlıqlar kimi istər-istəməz Nadir şaha tabe oldu.Cavanşirin xanı, Pənah xan Nadir şahdan itaət etmədi və qaçmağa məcbur oldu.
Nadir şahın ölümünü eşidən Pənah xan, Qarabağa geri qayıtdı.və Şuşada hakimiyyət iddiası etdi.halbuki, Gürcüstanın hakimi, İraklı xan Ruslarla əməkdaşlıq müqaviləsi imzalayaraq öz hakimiyyətini gücləndirmişdir.bu siyasət Kərim xan dövründən başlanmışdır. bu dövrdə İraklı Kərim xanın acizliyini və Qafqazda güclü hakimiyyətin olmamasını bilirdi.və buna görə də çalışırdı ki, xanlıqları özünə tabe etsin.ancaq Pənah xan Qarabağa qayıtdıqdan sonra İraklının əleyhinə Gəncə, Şəki, Quba, Dağıstanın başqa bölgələrindəki xanlıqlarla birləşdi.və Pənah xanın səyləri nəticəsində, nəhayət Gəncədən Şahverdi xan, Şəkidən Hacı Çəlbi, Qubadan İmamqulu xan, Muğandan Səfərəli Pənah xanla birləşdilər.1
Qafqaz xanlıqları arasında, xüsusi ilə Pənah xan və İraklı xan arsına rəqabət və müharibə sona çatmışdır.ancaq İrana hakim olmaq üçün Məhəmmədhəsən xan Qacarla Kərim xan Zənd arasında ixtilaf var idi.bu zaman Pənah xan, Kərim xanla əlbir oldu ki öz hakimiyyətini möhkəmləndirsin.və başqa tərəfdən İraklı xan da Kərim xanla əlbir oldu və Məhəmmədhəsən xana qarşı çıxdı.bu məsələ səbəb oldu ki, Cavanşir və İraklı xanla Qacar xanlıqları arsında ədavət və düşmənçilik yaransın.və həmin düşmənçilik onların hakimiyyətinə təsir etdi.
İraklı xan, Kərim xana dostluğunu sübut etdirmək üçün Azad xan Əfqanı Kərim xana təhvil verdi.bunlara baxmayaraq Pənah xanla Kərim xanın əməkdaşlığı o qədər də möhkəm deyildi.və 1176(qəməri il)-cı ilin sonlarında Kərim xanın ordusu Araz sahilinə yaxınlaşdı(bu zaman Pənah xan İraklının qarşısında özünü aciz göstərmişdir)Pənah xan Kərim xana təslim oldu.Kərim xan onu özü ilə Şiraza apardı.və Kərim xan onun əvəzinə oğlu, İbarhımxəlil xanı Qarabağa hakim təyin etdi.2
Qarabağda İbrahimxəlil xanın hakimiyyəti və Ruslarla siyasəti:
İbrahimxəlil xanın dövründə İraklı xan Ruslar tərəfindən himayə edilirdi. Və Qarabağ və Gürcüstan hakimləri arasında rəqabət davam edirdi.Qacar və Cavanşir xanlığı arasında düşmənçiliyin yaranmasına səbəb Sadiq xan Şəqqaqinin İbarimxəlil xana pəna aparması idi.bu hadisə iki xanlıq arasında ziddiyyətə səbəb ola bilərdi.ancaq bu zaman İbrahimxəlil xan, Ağa Məhəmməd xanla təmkinli davrandı.Qacar tarixçiləri yazırlar ki, 1719-cu ildə Ağa Məhəmməd xan, Sadiq xan Şəqqaqiyə hücum etmək üçün Səraba doğru hərəkət etdi.Sadiq xan məğlub oldu və İbrahimxəlil xana pəna apardı.İbrahimxəlil xan vasitəçilik edib həm özü, həm də Sadiq xan sağ qaldı.3 1208(qəməri)-ci ildə Ağa Məhəmməd xan Qacar, Azərbaycan xanlıqlarını özünə tabe etmək üçün Süleyman xan Qacarı Təbrizə göndərdi.4Cavanşir, əmisi oğlu, Əbdülsəməd bəyi Tehrana girov göndərərək Ağa Məhəmməd xana tabe olduğunu göstərdi.5əlbəttə Ağa Məhəmməd xan bilirdi ki, İbrahimxəlil xan ona tam olaraq tabe deyil, ancaq İbrahimxəlil xanın bu işi səbəb oldu ki, Ağa məhəmməd xan ona qarşı heç bir iş görməsin.Osmanlı dövründən qalan tarixi sənədlərdə qeyd olunub ki, Ağa Məhəmməd xana tabe olduğundan bir müddət sonra İbrahimxəlil xan Osmanlı imperaturluğuna məktub yazıb və İraklı xanın qüdrətindən narahat olduğunu bəyan etmişdir.6
Bir müddət sonra 1209-cu ildə Ağa Məhəmməd xan Qafqaza hücumu etdi bu hücumdan məqsəd İraklını məhv etmək idi.ancaq İbrahimxəlil xan Ağa Məhəmməd xandan nigaran olduğu üçün Osmanlılardan yardım istədi və Osmanlı imperaturluğuna bildirdi ki, Ağa Məhəmməd xan Azərbaycana sonra isə İstanbula hücum edəcək.7
Həmin yazılardan məlum olur ki, İbrahimxəlil xan bilirdi ki, əgər Ağa Məhəmməd xan Qafqaza daxil olsa, birinci onu ortadan qaldıracaq.
1795-ci ildə Ağa Məhəmməd xan Şuşa qalasını işğal etdi.8
Bu zaman İbrahimxəlil xan Osmanlılarla məktublaşırdı və İraklı xanla gizli və aydın şəkildə əlaqə saxlayırdı.İbrahimxəlil xan Ağa Məhəmməd xana təslim olmadı.hətta qala işğal olunduğu zaman İbrahimxəlil xan Qacarlarla mübarizə etdi.bu hücumda İbrahimxəlil xan 8 min nəfər ordu ilə iştirak etdi. Ancaq müharibədə Ağa Məhəmməd xan yüzlərlə əsgəri əsir tutdu və çoxlarını öldürdü. Və İbrahimxəlil xan Şuşa qalasına sığındı.9
Şuşa qalası möhkəm qala olduğuna görə Ağa Məhəmməd xan qalanı işğal edə bilmədi.həmin zaman İbrahimxəlil xanın Əmisi oğlanları qalanın ətarafına gəldilər. Ağa Məhəmməd xan onlarla mübarizə etmək üçün iki sərkərdəsini, Pirqulu xan Şambiyatı və Abdullah xan Aslanlı, Xəmsə hakimini, göndərdi.və İbrahimxəlil xanın əmisi oğlanlarını əsir tutuldu.10
Bu xəbər İbrahimxəlil xana çatdı və o, Ağa Məhəmməd xana məktub yazdı.
“ neçə min tumən pul və oğlanlarımın birini sənə girov verirəm.”11Ağa Məhəmməd xan bu təklifi qəbul etdi.
Ağa Məhəmməd xanın bu hücumdan məqsədi birinci İbrahimxəlil xanı ortadan qaldırmaq sonra isə İraklı xanı məhv etmək idi.İbrahimxəlil xan, Ağa Məhəmməd xana təslim olduqdan sonra Qacar şahı Gürcüstana doğru hərəkət etdi.Tiflis işğal edildikdən sonra başqa xanlıqlar Ağa Məhəməd xana tabe oldular, o cümlədən Gəncə xanı Cavad xan.Ağa Məhəmməd xan İbrahimxəlil xanı qeyd-şərtsiz özünə tabe etmək üçün 1795-ci ildə Süleyman xan Qacarı 5 min nəfər ordu ilə Şuşaya göndərdi.və əmr etdi ki, İbrahimxəlil xanı hüzuruna gətirsinlər. Və əgər İbrahimxəlil xan buna razılıq verməsə onu qarət etsinlər.12
İbrahimxəlil xan Süleyman xan Qacarın təklifini qəbul etmədi.və Süleyman xan Qacar Şuşaya hücum etdi.
“Qarabağın əhalisi müharibə hazir oldular.və Süleyman xan Qacar hücuma başladı və Qarabağın bir çox əhalisini öldürdü.”13
Bu zaman İraklı xan Rusiyaya pənah apardı.və Rusiya imperaturundan yardım istədi.II Katrin, Valriyan Zubova əmr etdi ki, İrana hücum etsin.və Ağa Məhəmməd xan tərəfindən azad olunmuş əraziləri geri alsın və İbrahimxəlil xanı nicat versin. Və Şuşanı fəth etdikdən sonra Rus ordusu Arazdan keçib ortaq düşmənin əleyihinə Azərbaycan xanlıqlarını birləşdirsin.14
Rusiyanın ordusu Albaniyaya qalib gəldi, Şəkinin hakimi Səlim xan Şəki general Zubovaya təslim oldu.Rusiyanın ordusu Kur çayında olduğu zaman, Qarabağın hakimi İbrahimxəlil xan Cavanşir, Rusiyanın hərbi sərkərdəsinə hədiyələr göndərərək ona tabe oldu.beləliklə Rus ordusu heç bir maneə olmadan Muğana hücum etdi.15bu zaman Ağa Məhəmməd xan şərqdə Özbəklərlə mübarizə etmək üçün və Şahrox Mirzə Əfşar hakimiyyətdən uzaqlaşdırıldığına görə Xurasa hərəkət etmişdir.Ağa Məhəmməd xan rusların qarşısını almaq üçün Azərbaycana doğru hərəkət etdi.16
Ağa məhəmməd xan Tehrana qayıtdı, Tehranda havalar soyuq olduğu üçün Rusiyanın əleyinə hücum edə bilmədi.və Azərbaycan xanlığına bildirdi ki, yeni ilə kimi Ruslara hücum edəcək.və xanlıqlara əmr etdi ki, Rusları cəzlandırmaq üçün hərbi sursat və azuqə təmin etsinlər və hazırlaşsınlar.17
1797-ci ilin iyun ayının 4-də Ağa Məhəmməd xan, Sadiq xan Şəqaqi ilə bərabər 5 min nəfər ordu ilə Şuşaya hərəkət etdi ki, İbrahimxəlil xan Cavanşiri özünə tabe etsin.18
Bu zaman eşitdi ki, Şuşanın xanı Dağıstana qaçıb. ordunun bir hissəsini İbrahimxəlil xanın təqibinə göndərdi.və özü Şuşaya doğru hərəkət etdi.19
Ağa Məhəmməd xan Qafqazda İranın hakimiyyətini mökəmləndirmədən şuşa qalasında öldü.Ağa Məhəmməd xanın ölümü, Rusların yeni müharibələri və Gürcüstanın Rusiaya birləşməsi səbəb oldu ki, Qafqazın hakimiyyəti üstündə İran və Rusiya arasında müharibə başlansın bu müharibələr 1218-dən 1228-ci ilə kimi davam etdi. Fətəli şah 1212-dən 1218-ci illərə kimi Rusların qafqazdakı siyasətindən xəbərsiz idi.Fətəli şah hakimiyyətini möhkəmləndirməyə və xanlıqları özünə tabe etməyə məşğul idi.həmin məsələ səbəb oldu ki, Dağıstana qaçmış İbrahimxəlil xan Şuşaya geri qayıtsın.ibrahimxəlil xanın ikilik siyasətisi var idi.bir tərəfdən Qacarla əlaqəni qorumağa çalışırdı, bir tərəfdən isə müstəqil olmaq istəyirdi.halbuki Ruslardan da qorxurdu.
Belə bir şəraitdə 1212-ci ildə İbrahimxəlil xan oğlunu, Əbülfəth, Fətəlişahın yanına göndərdi. bu zaman Qacar şahı, Sadiq xan Şəqaqi ilə mübarizə etmək üçün Miyancda idi.21
Bir müddət sonra Fəthəli şah İbrahimxəlil xanla qohumluq əlaqəsi yaratmaqla çalışırdı, onu özünə tabe etsin.və beləliklə İbrahimxəlil xan qızını Fətəlişaha ərə verdi.Qacar tarixçiləri bu haqda yazırlar: “ İbrahimxəlil xan tərəfindən hərc-mərclik yaranmamaq üçün Abbas Mirzə Qarabağa gedib İbrahimxəlil xanın qızını Fətəlişaha gətirdi.”22
İbrahimxəlil xan, Rusiya ilə birləşməsi:
İbrahimxəlil xan Qacar şahı ilə zahirdə əlaqəsi var idi.1218-ci ildə Rus ordusu general Sisiyanovun başçılığı ilə Qafqaza hücum etdi.və bütün xanlıqları məcbur etdi ki, Rusiyaya tabe olsunlar.İbrahimxəlil xan Sisiyanovun əmrini qəbul etdi və Rusiyaya tabe oldu.və bir müddət sonra Rusiya ilə müqavilə imzaladı.Bakıxanov bu haqda yazır:
“ 99 nəfər Rus sərkədəsi Kurk çayında İbrahimxəlil xanla görüşdü.müqaviləyə əsasən o, ildə 1000 əşrəfi vergi ödəyəcək və ərazisini rusiyanın ixtiyarında qoyacaq...”23
Abbas Mirzə Rusların hücumundan sonra Azərbaycana doğru hərəkət etdi.İbrahimxəlil xan aydın şəkildə Ruslara yardım etdi.Abbas Mirzənin Azərbaycana doğru hərəkətini eşidən İbrahimxəlil xan, Sisiyanovdan yardım istədi və onunla mübarizə etməyi xahiş etdi.Rus ordusu ilə bərabər İbrahimxəlil xanın ordusu da Xudafərin körpüsənə tərəf getdi və Abbas Mirzənin daxil olmasına maneçilik törətdi.İbrahimxəlil xan bilirdi ki, Ruslarla əməkdaşlıq etdiyi üçün İran şahı onu cəzalandıracaq.rusların hücumunu dəf etmək üçün Fətəlişah Tehrandan hərəkət etdi.İbrahimxəlil xan bu xəbəri eşidən kimi kötücəsini, Cəfərqulu xanı Sisiyanovun yanına göndərib ondan yardım istədi.24
Sisiyanov, polkovnik Kitlaruskinin vasitəsi ilə hərbi sursat və azuqəni Əsgərana göndərdi.25
Eyni zaman Abbas Mirzə, Ağoğlanı izləmək üçün Nəcəfqulu xan Gərsunu təyin etdikdən sonra qərar verdi ki, birinci İbrahimxəlil xanı ortadan qaldırsın sonra Ruslarla mübarizə etsin.buna görə də Şuşaya hücum etdi.1220-ci ilin ortalarında Qacar ordusu İsmayıl xan Damğanının başçılığı ilə Cəbrayıllının evində Rus ordusuna qalib gəldi.26
Bu qələbədən sonra İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən xan da ruslarla bərabər meşəyə qaçdılar və bir neçə erməninin yardımı ilə Şuşa qalsına çatdılar və nicat tapdılar.27
Şəftin Qətli, İbrahimxəlil xanın peşmançılığı, Ruslar tərəfindən İbrahimxəlil xanın və ailəsinin öldürülməsi:
1220-ci ilin sonlarında Abbas Mirzə Şuşa qalasına yaxınlaşdı.eyni zamanda Fətəli şah Şuşanın ətrafında idi.bu xəbəri eşidən Abbas Mirzə, Əsgərana doğru hərəkət etdi və Ruslarla müharibəyə başladı.1220-ci ildə Mehdiqulu xan Qacar İrəvan qalasını fəth etdikdən sonra rusların vəziyyəti daha da çətinləşdi.
Bir neçə gün sonra Abbas Mirzə Əsgərana çatdı və rus ordusunu mühasirə etdi.bu xəbər Fətəli şaha çatdı.Fətəli şah da başqa bir ordunu Əsgərana göndərdi.beləliklə 6 gün müharibədən sonra Ruslar məğlub oldular və rus ordusunun başçısı Tərnuvat qalasına pənah apardı.28onun ardınca Abbas Mirzənin ordusu, Pirqulu xanın başçılığı ilə həmin qalanı fəth etdi.Rus sərkərdəsi Qacar şahından 3 gün vaxt istədi ki təslim olsun.Qacar məmurların laqeydliyi nəticəsində rus sərkərdəsi Tərnuvat qalasından qaçdı Çəmraq dağına sığındı.29
İranın başqa qələbəsi 1220-ci ilin sonlarında Tərtər bölgəsində oldu.bu müharibədə İran ruslara qalib gəldi.30həmin zaman Gilanda olan rus ordusun başçısı, Şəft məğlub oldu.31
Abbas Mirzənin Gəncəyə hücumundan xəbərdar olan, Sisiyanov Ağdərəyə geri çəkildi.32bununla belə o, Gəncənin fəthinə mane ola bilmədi və 1220-ci ildə İran ordusu Gəncəni fəth etdi.33
Belə bir şəraitdə İbrahimxəlil xan yenə ruslarla əməkdaşlıq etdi və Sisiyanov öz ordusu ilə Qalaya daxil oldu və oranı idarə etdi.rusların məqsədi bütün Qafqazı işğal etmək idi.Bunu bilən İbrahimxəlil xan, çalışırdı Abbas Mirzəyə yaxınlaşsın. Sisyanov 1220-ci ildə Bakı qalasında qətlə yetirildi.34Sisyanovun ölümü və rusların zəifləməsi səbəb oldu ki, İbrahimxəlil xan peşman olsun və Qacar şahı ilə əlaqə yaratmağa çalışdı.Mustafa xan Şirvani Qacar şahına tabe oldu.
İbrahimxəlil xan bu xəbəri eşitdikdən sonra 1220-ci ildə Abbas Mirzəyə məktub yazdı.və ondan istədi ki, Fətəli şahla onun arasında vasitəçilik etsin.Cavanşir xan bu məktubda xatırlatdı ki ailəsi ilə bərabər Şuşa qalasında yaşmayır.və şahın yardımını gözləyir.Abbas Mirzə İbrahimxəlil xanın məktubunu Fətəli şaha göndərdi.35Abbas Mirzə, nəzdində olan İbrahimxəlil xanın oğlunu, Əbülfəth xan və Fərəcüllah xan Şahsevəni Çinaqçı yolu ilə Şuşaya göndərdi.36
İbrahimxəlil xanın İran şahı ilə əlaqəsi uzun sürmədi.İbrahimxəlil xanın nəvəsi, Cəfərqulu xan babasının İranla əməkdaşlıq etməsinə razı deyildi.buna görə Cəfərqulu xan Şuşada olan Rus sərkərdəsinə məktub göndərdi və ondan yardım istədi. Bu əlaqə ruslar üçün zərərli idi, çünki həmin xanlıqların yardımı ilə Qafqaza hücum edə bilmişdilər.ruslar gecə yarısı İbrahimxəlil xanın evinə hücum etdilər.İbrahimxəlil xanı öldürdükdən sonra qohumlarından 32 nəfəri öldürdülər, o cümlədən qızını və arvadını.37
İbrahimxəlil xan başqa hakimlərlə, xüsusi ilə Gürcüstan hakimi ilə rəqabətdə idi.və ruslara yaxınlaşmaqdan məqsədi güclənmək idi.və rusların himayəsini cəlb etmək üçün ikilik siyasəti yürütdü.və həmin məqsədə çatmaq üçün rusların Qafqazdakı siyasətlərindən xəbərsiz idi.ancaq bir müddət sonra bu siyasətdən xəbərdar olan İbrahimxəlil xan, özünü qorumaq üçün İran şahına pənah apardı.ancaq uğurlu ola bilmədi və Qarabağ müstəqilliyini itirdi.
İbrahimxəlil xan Cavanşirin bir çox ailə üzvləri İrana sığındılar və Qacar dövləti illərcə İranın müxtəlif bölgələrinə onları hakim təyin etdi.
Çıxarışlar:
Mənbələr: