Türkiyə Səhiyyə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, ABŞ-dan İraqa getmək üçün yolüstü İstanbulda olan və Türkiyəyə giriş alan bir şəxsdə A (H1N1) virusu tapılıb
Türkiyə servisi/Aran Agentliyi
Türkiyədə “donuz qripi” tapıldı. CNN Türk-ün məlumatına görə, Türkiyə Səhiyyə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, ABŞ-dan İraqa getmək üçün yolüstü İstanbulda olan və Türkiyəyə giriş alan bir şəxsdə A (H1N1) virusu tapılıb.
Nazirliyini açıqlamasında deyilir ki, həmin şəxs hava limanında Türkiyəyə girərkən termal kamera onda yüksək hərarət qeydə alıb. Beynəlxalq Qrip Laboratoriyalarında aparılan təhlillərdən sonra həmin şəxsdə H1N1 virusu olduğu üzə çıxıb.
Səhiyyə Nazirliyi bu hadisə ilə bağlı tədbir görüləcəyini bildirib.
15 may 2009,08:58
ABŞ-da “donuz qripi”ndən ölənlərin sayı 5 nəfərə çatdı
İndiyədək dünyanın 34 ölkəsində H1N1 virusuna 7520 yoluxma və 67 ölüm halı qeydə alınıb.
ABŞ-da H1N1 virusundan beşinci ölüm faktı qeydə alınıb. “Assoşieyted Press” agentliyi xəbər verir ki, hadisə Texas ştatında baş verib. Nueses dairəsnin səhiyyə orqanı təmsilçisi Uillyam Burgin (William Burgin Jr.) bildirib ki, xəstəliyə yoluxmuş kişi mayın 5-i və 6-da dünyasını dəyişsə də, onun öldüyü barədə məlumat yalnız indi daxil olub. O, ürək xəstəliyindən də əfziyyət çəkirmiş və bu, onun səhhətini daha da ağırlaşdırıb.
Uillyam Burgin, dünyasını dƏyişmiş şəxsin adını açıqlamasa da, bildirib ki, o, üç uşağın yeganə valideyni olub. Uşaqlardan biri də “A” qripinə yoluxub. Ona vaxtında tibbi yarıdm göstərilib və hazırda sağalmağa doğru gedir.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, dünyanın 34 ölkəsində “donuz qripi”nə 7520 yoluxma halı təsdiqlənib. İndiyədək dünyada bu xəstəlikdən 67 nəfər dünyasını dəyişib. Hələlik H1N1 virusuna yoluxanlar arasında ölüm sayına Meksikada daha çoxdur. Burada təhlükəli xəstəliyə 2446 nəfər yoluxub və onlardan 60 nəfəri ölüb. ABŞ-da isə 4298 yoluxma halı qeydə alınıb və 5 nəfər dünyasını dəyişib. Kanada və Kosta-Rikada isə qripin yeni növü bir nəfərin ölümünə səbəb olub.