Bu münasibətlə İran İslam İnqilabının rəhbəri mərcei təqlid müctehidi Ayətullahül Üzma Seyyid Əli Xamenei baş sağlığı verib
İİR servisi/Aran Agentliyi
Xəbər verdiyimiz kimi İslam aləminin böyük alimlərindən, arif və yüksək əxlaq ustadı mərcei təqlid müctehidi Ayətullahül Üzma Məhəmməd Təqi Behcət dünyasını dəyişib.
Bu münasibətlə İran İslam İnqilabının rəhbəri mərcei təqlid müctehidi Ayətullahül Üzma Seyyid Əli Xamenei baş sağlığı verib.
İslam-Azeri-nin İran KİV-lərinə istinadlı xəbərinə görə Ayətullahül Üzma Seyyid Əli Xamenei böyük arif və alim Ayətullahül Üzma Məhəmməd Təqi Behcətin dünyasını dəyişməsindən təəssüflərini bildirmiş, İslam dünyasına və mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verib.