Əgər istəsək Ayətullah Behcətin elmi və əməli şəxsiyyətini təhlil edək gərək deyək ki, o hər baxımdan ali həddə idi
İİR servisi/Aran Agentliyi
İslam-Azeri-nin Fars Nyusa istinadlı xəbərinə görə Qum şəhərinin İmam Cüməsi Ayətullah Cavad Amuli dünyasını dəyişən Ayətullah Behcətlə bağlı ölkə KİV-lərinə fikirlərini bildirib.
Müsahibəni sizin diqqətinizə çatdırırıq:
"O Nəcəf şəhərində böyük alimlərin yanında fiqh və üsul elmini ən yüksək şəkildə öyrənməsilə yanaşı əxlaq elmini-irfanı Ayətullah Ağa Qazidən ən ali şəkildə kəsb etmişdi. Həzrət Behcətin təqribən yarım əsr seyr sülük elmində mədrəsələrə çox böyük təsiri var idi. Çox böyük mənəvi insan idi. Mədrəsələr daima onun mənəvi paklığından istifadə edirdi.
Bu qeybət əsrində əsgər bütün paklıqları özündə birləşdirmiş arif və zahid şəxs axtarsaq bu xüsusiyyətləri özündə cəm edən şəxs kimi Ayətullah Behcətdə taparıq. O həyat tərzinin ən sadə və ixlaslı formasını yaşayırdı. Ayətullah Behcətin üstünlüklərindən biri bu idi ki, o camaatla daima rabitədə idi. O cümlədən onun imamətilə qılınan namazlarda dünya və ölkənin müxtəlif yerlərindən çox sayda insan iştirak edirdi.
Əgər istəsək Ayətullah Behcətin elmi və əməli şəxsiyyətini təhlil edək gərək deyək ki, o hər baxımdan ali həddə idi. Diqqət olunası nöqtə burasıdır ki, o mərcəyyətin dalınca getmədi mərcəiyyət özü onun hüzuruna gəldi....
Ayətullah Behcət İmama, inqilabın əslinə, qurluşuna və inqılabının möhkəmlənməsinə daha çox diqqət edirdi. Bir sözlə mərceiyyətə bütün xas xüsusiyyətlər Ağa Behcətdə cəm olmuşdu.
Cavad Amuli son olaraq: "İnşallah ümüd edirik ki, Allah Təala vədə verdiyi kimi bizim cəmiyyətimizə onun mislində şəxsiyyətlər əta edər. Ayətullah Behcət Allahın saleh bəndəsi idi. Onun dünyadan köçməsi münasibətilə bütün İslam dünyasına, xüsusən Əhli Beyt məktəbinin davamçılarına dərin hüznlə baş sağlığı verirəm".