Tarix : 2009 May 18
Kod 11992

Azərbaycan prezidenti İranın yeni səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib
Azərbaycan servisi/Aran Agentliyi
Prezident İlham Əliyev mayın 18-də İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhraminin etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı ölkələrimiz arasında əlaqələrin böyük tarixə malik olduğunu deyib. Səfirə fəaliyyətində uğurlar arzulayan prezident ümidvar olduğunu bildirib ki, M. Bəhraminin ölkəmizdə fəaliyyəti müddətində Azərbaycan ilə İran arasında münasibətlər daha da genişlənəcək.

İlham Əliyev Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

Səfir M. Bəhrami də ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
 
  • Yazılıb
  • da (də) 2009 May 18