Tarix : 2009 May 19
Kod 12015

Bakının Nərimanov metrosuna bomba qoyulması barədə xəbərin təfərrüatları

Restorandakılar evakuasiya olunub, əməliyyat-axtarış tədbirlərinə başlanıb. Axtarış bu saatlarda da davam edir
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Bakı Metropoliteninin “Nərimanov” stansiyasının yaxınlığındakı “McDonalds”a bomba qoyulması barədə polisə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, anonim zəngin müəllifi restorana partlayıcı qoyulduğunu bildirib. Dərhal hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və təcili tibbi yardım maşınları cəlb olunub.

Restorandakılar evakuasiya olunub, əməliyyat-axtarış tədbirlərinə başlanıb. Axtarış bu saatlarda da davam edir.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən APA-ya məlumatı təsdiqləyiblər. Bölmədən bildirilib ki, “McDonalds”a bomba qoyulması barədə məlumat polisə bu gün saat 19.40 radələrində daxil olub. Hazırda axtarış-əməliyyat tədbirləri həyata keçirilir.
 
  • Yazılıb
  • da (də) 2009 May 19