Restorandakılar evakuasiya olunub, əməliyyat-axtarış tədbirlərinə başlanıb. Axtarış bu saatlarda da davam edir
  Azərbaycan servisi/Aran Agentliyi
Dünən Bakı Metropoliteninin “Nərimanov” stansiyasının yaxınlığındakı “McDonalds”a bomba qoyulması barədə polisə məlumat daxil olub. 
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, anonim zəngin müəllifi restorana partlayıcı qoyulduğunu bildirib. Dərhal hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və təcili tibbi yardım maşınları cəlb olunub. 
 
Restorandakılar evakuasiya olunub, əməliyyat-axtarış tədbirlərinə başlanıb. Axtarış bu saatlarda da davam edir.
 
Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən APA-ya məlumatı təsdiqləyiblər. Bölmədən bildirilib ki, “McDonalds”a bomba qoyulması barədə məlumat polisə bu gün saat 19.40 radələrində daxil olub. Hazırda axtarış-əməliyyat tədbirləri həyata keçirilir.