Alimin xatirəsinin yad edilməsi münasibətilə təşkil edilmiş mərasimdə natiqlər mərhumun məhsuldar həyat və yaradıcılığı haqqında ...
İİR servisi/Aran Agentliyi
18 may 2009-cu il tarixdə «Mənəvi Saflıq» elmi-mədəni-ictimai jurnalı redaksiyası İslam aləminin böyük din alimi, arif, müctəhid, dahi mütəfəkkir Həzrət Ayətullah əl-üzma Məhəmməd Təqi Behcətin dünyasını dəyişməsi münasibətilə anım mərasimi keçirildi. Ayətullah Behcət 17 may 2009-cu il tarixində İranın müqəddəs Qum şəhərində dünyasını dəyişmişdir.
Alimin xatirəsinin yad edilməsi münasibətilə təşkil edilmiş mərasimdə natiqlər mərhumun məhsuldar həyat və yaradıcılığı haqqında söz açmış, xüsusilə mərhumun mənəvi ucalığı, irfan sahəsində əldə etdiyi misilsiz nailiyyətləri vurğulanmış, tədbir iştirakçıları onun ruhunun şad olması üçün dualar oxumuşlar.
Mərasimin sonunda “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri Hacı Elşən Mustafaoğlu böyük alimin vəfatıyla bağlı təşkilat adından qəbul edilmiş bəyanatı oxudu.