Yazıçısı:Səccad Hüseyni
Tarix üzrə magistr
Xülasə
Qafqazda şiənin ən böyük mərkəzi Şirvan və Bakı şəhəridir. 19 və 20-ci əsrlərdə bu bölgənin şiələri elmi, mədəni və dini fəaliyyətlərdə birincilərdən idilər.belə ki, ilk dəfə olraq Quran Azərbaycan dilinə tərcümə və nəşr edildi. Axund Mir Məhəmmədkərim Cəfərzadə Badkübəyi Quranı Azərbaycan dilinə təcümə etdi və Hac Zeynalabdin Tağıyevin mali yardımı ilə nəşr olundu.
Bu məqalədə iki görməli şəxsiyyətin rolu araşdırılacaq.
Giriş
Qafqaz 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində müxtəlif mədəni sahələrdə inkişaf etdi. Şərq dünyasında yaşayan bir çox müsəlman və qeyri-müsəlmanlar üçün bu bölgənin mədəni inkişafı bir nümunəyə çevrildi.
Qafqazda əsasən mətbuat, çap, nəşriyyat, incəsənətin müxtəlif sahələri və yeni təhsil sistemi inkişaf etdi.bu bölgənin mətbəəsində bir çox iranlı alimlərin rolu var idi, o cümlədən Mirzə Əbdülrəhim Talıbov Təbrizi. Qafqazın mədəni inkişafı İran və başqa ölkələrə də müsbət təsir göstərdi.belə ki, İslam dünyasının inkişafına səbəb oldu.
1905-ci ildə Bakıda 15 mətbəə və 15 kitabsatan var idi.Gəncə, Şuşa və Naxçıvanda bir neçə çapxana fəaliyyət edirdi.1908-ci ildə Bakıda mətbəənin sayı 30-a çatdı. başqa mətbəələr Gəncə, Şuşa və Lənkəranda fəaliyyətə başladılar.
Qafqazda ən böyük mətbəələr Bakı və Tiflisdə idi, o cümlədən Bakıda “Orucov Qardaşları” və “ Haşim bəy Vəzirov” mətbəəsi, Tiflisdə “ Qeyrət”adlı mətbəə məşhur idi.1
Qafqazda kitabı nəşr etmək üçün mali yardıma ehtiyac var idi.əgər dövlət bu sahədən himayə etməsəydi, varlı şəxslər mali yardım edirdilər.
Beləliklə varlı şəxsin mali himayələri nəticəsində ilk dəfə olaraq Quran Azərbaycan dilinə tərcümə edildi və nəşr olundu.
Axund Mir Məhəmmədkərim Cəfərzadə Badkübeyi:
Axund Mir Məhəmmədkərim Cəfərzadə Ələvi Musəvi Badkübeyi, Məclisin sədri və Bakı şəhərinin hakimi, 19, 20-ci əsrlərdə Qafqazın məşhur şiə ruhanisi idi.O, dini və məzhəbi işlərdən əlavə ictimai-siyasi və mədəni sahələrdə də fəaliyyət göstərirdi.1905-ci ildə Axund Cəfərzadə Badkübeyi, Erməni-Bakı və Qafqaz müsəlmanları arasında baş vermiş münaqişədə vasitəçilik etdi.2
Bu şiə ruhani, rusların hakimiyyəti dövründə İran xalqı və dövləti ilə sıx əlaqədar idi.buna sübut Qacar şahı Müzəffərddinin dəfn mərasimində iştirak etməsi idi.3
Badkübeyi Quranın tərcüməsindən başqa bir neçə dəyərli tərcümələr İslam dünyasına və şiələrə təqdim etdi.4
Axund Cəfərzadə Badkübeyi, Corci Zeydanın “Ozra Qoreş” adlı tarixi romanını Ərəb dilindən Azərbaycan dilinə tərcümə etdi və 1908-ci ildə Tağiyevin mali yardımı ilə “Kaspi” mətbəəsində nəşr olundu.1904-cü ildə Axund Cəfərzadə Badkübeyi üç cildlik kitabı“ تفسیر کشف الحقایق عن نکت الایات و الدقایق” nəşr olundu.
Bu kitab Azərbaycan dilində Quranın təfsiri idi.və müəllif bu əsəri Azərbaycandillilər üçün tərcümə etmişdir.onun fikrincə, Osmanlı türkçəsində olan təfsirlər azərbaycanlılar üçün anlayışı çətindir.bu kitabın ilk səhifələrində Hac Zeynalabdinin adı qeyd olunub. “حاج زین العابدین تقیوفوک اهتماملیه ”və bu cümlələr göstərir ki, bu kitab Hac Zeynalabdin Tağıyevin maddi yarımı ilə nəşr olunub.
Müəllif bu kitabı yazmaq üçün çoxlu mənbələrdən, o cümlədən “ تفسیر کاشف زمخشری”, “ تفسیر کبیر امام فخر رازی”, “تفسیر الفاضل ابوالمسعود مفتی قسطنطنیه”, “ مجمع البیان شیخ جلیل طبرسی”, “لباب التاویل فی معانی التنزیل علا الدین بغدادی”, “مدارک التنزیل و حقایق التاویل ابوالبرکات نسفی ”, “ انوار التنزیل قاضی بیضاوی”, “ روح البیان حقی افندی” istifadə edib.5
Hac Zeynalabdin Tağıyev, Badkübə taciri:
Hac Zeynalabdin Tağıyev(1838-1924),XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Bakı və Qafqazın ən mühüm tacirlərindən idi.o, iqtisadi fəaliyyətlərdən əlavə mədəni, dini, ictimai, siyasi sahələrdə də fəaliyyət göstərmişdir.onun fəaliyyət sahəsi müxtəlif əraziləri, o cümlədən Qafqaz, Orta Asiya, Rusiyanın müsəlman əraziləri, İran və Türkiyəni əhatə etmişdir.
Tağıyev, Çar, Azərbaycan respublikası və bolşeviklərin dövründə yaşamışdır.və hər üç dövrün tarixi hadisələrində mühüm rolu olmuşdur.6
Tağıyev, xeyirxah şəxs idi və mədəni sahələrdə daha çox fəaliyyət göstərmişdir.o, dindar idi və dini ruhanilərlə sıx əlaqəsi var idi və dini sahələrdə mühüm rolu olmuşdur7
Tağıyev 1895-ci ildə “Kaspi”mətbəəsini aldıqdan sonra kitab nəşr etdirdi.Tağıyev bu fəaliyyətlərə gəlir mənbeyi kimi baxmırdı.vətəndaşların və başqa müsəlmanların biliyini artırmaq üçün kitab nəşr etdirdi.buna görə ruhanilər, alimlər, tədqiqatçılar, yazıçılar, Qafqazın şairləri və başqa ölkələrin müsəlmanları əsərlərini nəşr etdirmək üçün Tağıyevə müraciət edirdilər.
Tağıyevin yaxın dostlarından biri Axund Cəfərzadə Badkübeyi idi.Tağıyevin mali yardımı ilə o əsərlərini nəşr etdirdi və Tağıyev, Bakıda və Qafqazdakı ictimai böhranların, Erməni-müsəlman münqaişələrin həllində Badkübeyinin etibarindan istifadə etdi.
O həmçinin Müsəlman Qız məktəbinin Aleksandruskinin8 fəaliyyəti üçün bu ruhanidən yardım aldı.9
Azərbaycan dilinə Quranın təcümə və nəşr edilməsi bu iki görkəmli şəxsiyyətin mühüm işlərindən biridir.
ilk dəfə olaraq Azərbaycan dilinə Quranın tərcüməsi və nəşri:
Axund Cəfərzadə Badkübeyi 1904-cü ildə Quranı Azərbaycan dilinə tərcümə etdi.və Tağıyev bu dəyərli əsəri nəşr etdirdi.buna görə Moskovadan əla keyfiyyətli kağız sifariş verdi.ilk hesablamalara əsasən 10 min cild kitabın qiyməti 30 min manat olacaq idi.
Tağıyevin məqsədi yalnız İslam dininə xidmət etmək idi.və bu kitabın tərcüməsini pulsuz müsəlmanlara təqdim etmək idi.10
Seyid Cəmaləddin Əsədabadi ilə Tağıyevin əlaqəsi və İslami hərəkatlar 11səbəb oldu ki, Tağıyev Quranın təcüməsini 3 İslami ölkənin padşahına İran, Osmanlı və Əfqanistana göndərsin.
Bu haqda “Çehrenoma”adlı qəzet yazır: “(Hac Zeynalabdin Tağıyev)əmr etdi ki, qızıl su ilə yazılmış 3 cild Qurandan birini Sultan Əbdülhəmid Xan Sani Osmanlı sultanına, İran şahı Müzəffərəddin şaha və bir cild Əfqanistan əmiri Əmir Nəsrüllah Xana göndərsinlər.”
Çehrenoma, Tağıyevin bu işini Nadir şah Əfşarin İslam birliyi düşüncəsinin varisi adlandırır.və yazır: “ Tağıyev bu işdən məqsədi İslam dünyasına xidmətetməkdir və Nadir şah Əfşarın davamçısıdır.”12
Və beləliklə Axund Mir Məhəmmədkərim Cəfərcadə Badkübeyi ilk olaraq Quranı Azərbaycan dilinə tərcümə etdi və Hac Zeynalabdin Tağıyevin mali yardımı ilə nəşr edildi.
Çıxarışlar: