Tarix : 2009 May 19
Kod 12019

Fars ədəbiyyatında Azərbaycan üslbu

.
Azərbaycan Servisi/Aran Agentliyi

Yazıçı:Məhəmməd Tahiri Xosrovşahi

Universitet müəllimi
Xülasə

6-ci əsrin əvvəllərində İran ərazilərində, Qafqaz və indiki Azərbaycan respublikasında Azərbaycan üslubu yarandı. Və bu üslub Fars ədəbiyyatına daxil oldu.bu ədəbi üslub Arranın ictimai-mədəni inkişafı zamanı formalaşdı.

bir sıra tədqiqatçılar bu növ yazını üslub kimi qəbul etmirlər.bu məqalədə elmi əsaslara istinad edərək sübut edəcəyik ki, Fars şeirinin üslublarından biri Azərbaycan üslubudur.

Bu üslubun yaranmasından 100 il keçməsinə baxmayaraq Xaqani Şirvani, Nizami Gəncəvi, Mücirəddin beyləqani və ... kimi şairilərin ortaya çıxması səbəb oldu ki, klassik üslub yaransın.və bu üslubun nəticəsində Fars şeirin məşhur nümayəndələri, o cümlədən Sədi və Hafiz ortya çıxdı.

Giriş

Fars şeir və ədəbiyyatın inkişafında Azərbaycan və İranın Qafqaz bölgəsinin böyük rolu olub.

“ Azərbaycan İranın birinci bölgəsidir ki, Xorasan şairləri kimi Fars dilində şeir yazmağa başladılar.”1

Azərbaycanın farsdilli şairlərindən biri, Qətran Təbrizi, Farca lüğət hazırladı.

Hər bir tədqiqatçıya aydındır ki, Azərbaycanda bir sıra şairlərin ortaya çıxması, Təqi Rəfət, Cəfər Xameneyi, Talibov Təbrizi və Yusif Etesami(Pərvinin atası) yeni ədəbi cəriyanların yaranmasına səbəb olublar.İran və Rusiya müharibəsində Azərbaycanda yaranmış ictimai və ədəbi hadisələr Farsca şeirlərin məzmununa daxil olması, və bunlar “ İranın ədəbiyyat tarixində ilk ictimai şeirlər nümunəsi”olduğunu kimsə inkar edə bilməz?!

Azərbaycanda Fars şeir və ədəbiyyatın parlaq və mühüm mövqeyi Azərbaycan ədəbi üslubun yaranmasıdır.Azərbaycan ədəbi üslubun varlığına kimsə şübhə edə bilməz, ancaq bu mövzu bəzi tədqiqatçıların arasında fikir ayrılığına səbəb olub.bəzi tədqiqatçılar iddia edirlər ki, fars şeirində yalnız bir neçə üslub var və Azərbaycan adlı bir üslub yoxdur.və bəzilərin fikrincə, 6-cı əsrdə Azərbaycan ədəbi üslub İranın şimal-qərb zonasına aid idi.və bu üslubu Fars şeirinə aid etmək olmaz.başqa bir tərəfdən isə bu üslub 6-cı əsrdə yaranmış və həmin əsrdə tənəzzülə uğramışdır.

Bununla belə bir sıra tədqiqatçılar Azərbaycan üslubun bəzi xüsusiyyətlərinə görə bu üslubu Fars şeirinin üslubu olduğunu iddia edirlər.bunların fikrincə, “son 50-60 ildə şərqi Avropanın şərqşünasları tərəfindən Azərbaycan üslubu, Türküstan üslubunu əvəz etdi.əlbəttə bu hadisə bir sıra siyasi məqsədlərə görə idi.”2

Buna görə əgər Azərbaycan üslubunun əvəzinə şimal-qərb üslubu və ya “ Şimal-qərb ədəbi məktəb”desək daha düzgün olar.bu ədəbi məktəbdən məqsəd bəzi məşhur şairlərin, o cümlədən Nizami Gəncəvi və Xaqani Şirvani və ...əsərləridir.bu əsərlər, 6-cı əsrdə yazılmış başqa əsərlərdən fərqlənir.

Bu məqalədə üslubun məzmunu araşdırılacaq.ardınca Azərbaycan üslubuna aid iki məşhur şairin, xaqani və Nizaminin şeir nümunələri qeyd ediləcək.

“ərəbcədə üslub yəni, əritmək və qızıl, gümüş tökmək...ancaq son zamanlar ədəbiyyatçılar üslubu belə izah ediblər: “ nəzm və nəsrin özünə məxsus şəkildə mənası” və bu izah Avropada olan Style/ üslub mənasına bir az uyğun gəlir.”3

Qeyd olunduğu kimi üslub hər hansı bir fikri ifadə etmək üçün, bəzi sözlər və lüğətlərdən istifadə edilir. “üslub- ədəbi əsər özünə məxsus forma və məzmun yaradır.”4

Azərbaycan üslubu:

5-ci əsrdə Xorsanda hərc-mərclik yarandı. Səlcuqilər İranın qərbindən kiçik Asiyaya doğru hərəkət etdilər.və buna görə Fars dili geniş şəkildə yayıldı və Azərbaycan üslubu yarandı.Xorasanda yaranmış vəziyyətə görə bir çox farsdilli şairlər Xorasandan Azərbaycana köç etdi, o cümlədən Əsədi Tusi Təbrizə gəldi.

6-cı əsrin əvvəllərində Atabəylər və Şirvanşahlar hakimiyyəti dövründə bu bölgələrdə Fars dili geniş yayıldı.və Nizami, Xaqani, Fələki, Məhsəti və... kimi şairlər ortaya çıxdı.

Azərbaycanda Farsca şeirlərin yayılması Fars şeir və ədəbiyyatında bir çox dəyişikliklər yaratdı.və yeni üslubun yaranmasına səbəb oldu.6-cı əsrdə yaşayan şairlərin əsərlərini araşdırdığımız zaman bu dövrün xüsusiyyətlərini görmək olar.Qafqaz mərkəzdən, İrandan uzaq olduğuna görə bu bölgənin ədəbi əsərlərində səciyyəvi xüsusiyyətləri, fərqli xarakterləri görmək olar.misal üçün Xaqaninin anası qeyri-müsəlman, Əbülüla Gəncəvi Saray şairlərindəndir. fərqli xarakterlər və düşüncələrin olması özünə məxsus xüsusiyyətləri daşıyır.5

Dr. Sirus Şəmisa yazır: “ Azərbyacnın şeir üslubunda olan dəyişikliklər və yeni ədəbi cəriyanlar 6-cı əsrdə baş verib.Azərbaycan üslubunda elmi mövzular, müxtəlif kinayələr, inaclar və... əks olunub.və şeirlərin mənasını çətin olduğuna görə izaha ehtiyacı var.bu dövrdə şairlər özlərindən başqa kimsəni qəbul etmirlər.və həcv yazırlar.”6

Dr. Şəmisa sufizm haqqında yazır: “ bu dövrdə Sənayi kimi sufizm məktəbi var.Nizami və Xaqani kimi.ancaq ibtidai şəkildədir.”7

Azərbaycan üslubun xüsusiyyətləri:

A.     şairin məlumatları əsrlərində qeyd edilməsi

Azərbaycan üslublu şairlər çətin və dolaşıq termiləri və hətta öz məlumatlarını şeirlərində əks etdiriblər.və Xaqani bu şairlərdən biridir.və bu xüsusiyyətə görədir ki, Dr. Məsumə Mədənkən, ustad Həsən Qaziyə istinad edərək“ Bəzme dirineye ərus”adlı kitabın girişində  yazır: “ Xaqaninin şeirlərini dərk etmək üçün gərək münəccimlər, musiqiçilər, şahmatçılar və... bir yerə toplaşsınlar və məzmunu aydınlatsınlar.”8

Nizaminin şeirləri də Xaqaninin şeirləri kimidir.

B.     Şerin İslamiləşdirilməsi

Məzhəbi şeirlərin geniş şəkildə yayılması 6-cı əsrə aiddir.həmin əsrdə Kərbəla hadisəsi Fars şeirləridə əks olunub.şahlar şairlərə diqqətsiz olduğuna görə şairlər saraylardan uzaqlaşıblar və bu səbəbə görə məzhəbi şeir geniş şəkildə yayılıb.

Xaqani və Nizami başqa şairlər kimi dini mövzulara daha çox əhəmiyyət veriblər.bu əsrdə iki məşhur dini əsər var.biri Xaqaninin Töhfətül-İraqeyn əsri, o biri isə Nizaminin Sirlər Xəzinəsidir.

Mərhum Seyid ziyaəddin Səccadi iddia edir: “ Xaqani məzhəbi şəxs idi.hərçənd ki sufiliklə məşğul idi.ancaq .... xoşbəxtliyi dində və şəriyyətdə görür...”9

Azərbaycan üslublu şairlərin dini etiqadları güclü olduğuna görə dini və islami əsərlərçox yazıblar.bu əsərlərdə şiəçilik əks olunub.Qətran Təbrizi öz əsərində 13 dəfə İmam Əlinin adını qeyd edib.və xəlifələrin adlarını yazmayıb.

C.     Xristian dininə aid terminlərin istifadə edilməsi

Azərbaycan üslublu şairlərin əsərlərində xristian dininə aid terminlər çoxdur.bu terminlər o qədər çoxdur ki, hətta bəziləri “xristian şairlərin”olduğunu iddia edirlər.

D.    Azərbacan üslublu şairlərin həcv yazması

Xaqani kimi şairləri Azərbaycan üslublu şair hesab etmək olmaz.ancaq 6-cı əsrdə yaşayan əksər şairlərin əsərlərində həcv müşahidə olunur.Xaqaninin həcv əsərləri çoxdur, ancaq Nizaminin əsərlərində həcv çox azdır.

Həcvin kənarında hakimlərə mədhiyyə yazan şairlər də çox olub, o cümlədən Fələki

E.     Bədii təsvir və ifadə vasitələri

Azərbaycan üslubunda təşbeh, İstiarə, mübaliğə, kinayə və ...daha çox istifadə olunub.Nizami və Xaqani çox güclü şəkildə istarədən istifadə ediblər.Xaqaninin şeirləri Hafizi xatırladır.

Dr. Mir Nemətüllah Musəvi “Fərhəngi bədii”adlı kitabın müəllifi, iki məşhur şairin əsərlərindən bir çox nümunə qeyd edib.10

F.Vətənpərvərlik: Azərbaycan üslublu şairlərin əsərlərində İrançılıq

Azərbaycan üslubunun səciyəvi xüsusiyyəti vətənpərvəlik mövzuların əks olunmasıdır.bu dövrün şairləri İranın Qafqaz bölgəsində yaşayırdılar.İranı “deli aləm”11ə bənzədirlər və Qafqaz İran mədəniyyətinin parlaq bölgəsidir.fikir ayrılığı və tayfalar arasında ixtılafların olmasına baxmayaraq İran mədəniyyətindən təsirlənirdilər.

həmin əsərlərdə İrana olan sevgini görmək olar və bu bir daha sübut edir ki, Arazın o tayı İran ərazisi idi.xaqaninin divani, Nizamının Xəmsə əsəri və başqa əsərlər İrana olan sevgini göstərir.

Bu şairlər bədii təsvir və ifadə vasitələrindən o qədər güclü istifadə ediblər ki, Fars dilinin lüğət tərkibinin genişlənməsinə səbəb olublar.

Unutmamalıyıq ki, Azərbaycan üslublu şairlər Fars dilini çox yaxşı bilirdilər.

Dr. Əbülqasim Radfər bu haqda yazır: “ Azərbaycan üslublu şairlərin əsərlərində lüğət tərkibi çox qənidir və bu baxımdan başqa şairlərindən fərqlənirlər.misal üçün Əbülüla Gəncəvinin lüğət tərkibi çox qənidir və bu üslubun əsas xüsusiyyəti də elə budur.”12

Dr.Təqipur Namdariyan yeni tərkiblərin yaranmasında Nizamini üstün görür.və yazır: “Nizaminin şeirlərini oxuyan kimi lüğətlərin və tərkiblərin nə qədər zəngin olduğunu görürük. heç bir fars şairində bu növ ifadələr yoxdur.və yalnız Nizaminin şeirlərində bunu görmək olar.”13

“Azərbaycan üslubun əsas qəlibləri qəsidə, məsnəvi, tərkibbənd, rübai və ...bu növ şeirlərin məzmunu çox genişdir...” 14

Dövrandan şikayət etmək bu üslubun xüsusiyyətlərindən biridir. “ Xaqaninin divanı şikayətlə doludur.... dövrün vəziyyəti aydın olur...”15

“Azərbaycan üslubun başqa bir xüsusiyyəti də var.Xaqani və Nizaminin şeirlərinin məzmunu tənqidi ədəbiyyat və üslubşünaslıqdır....bu əsərlərdə üslub, adət qədim adəd, və .... qeyd olunub.”16

Üslubşünaslıq və Ədəbiyyat Tarixi :

Üslubşünaslıq ədəbiyyat tarixi elmi ilə sıx əlaqədardır.aydındır ki, şairin müəyyən üslubu və şeri yaşadığı ölkənin siyasi, ictimai və mədəni vəziyyətin təsirində yazıb.

Psixoloqların fikrincə, şairin üslubu yaşadığı dövrün vəziyyətini və bir əsərin formalaşması şairin psixi və sosial vəziyyətdən asılıdır.

“ Üslubşünaslıq məktəbi Almaniyadan olan Leospitizrə aiddir.o, bu məktəbdə əsərin formalaşmasında sosial, xüsusi ilə psixoloji vəziyyəti araşdırır.və çalışır şairin ədəbi üslub və psixoloji arasında əlaqə yaratsın...o deyir:üslubşünaslıq dilçilik və ədəbiyyat tarixi arasında bir körpüdür...”17

Buna görə də şairin üslubunu araşdırdığımız zaman gərək onun həyatını da araşdıraq.

Xaqani Şirvani

“Bədil Əfzələddin Xaqani Şirvani 520-ci ildə(qəməri)Şamaxıda anadan olmuşdur.”18 o, Fars şerinin böyük şairidir.və öz dövrünün məşhur şairlərdəndir.

Üfi, Lubabüləbab19, Sədəddin vəravini Mərzbannamə20adlı kitablarda Xaqani haqqında yazıblar.Rzaqulu xan Hidayət “Məcmə-ül Fəsa”adlı kitabında yazır: “ onun özünə məxsus üslubu var.”21

Xaqani həyatında çoxlu çətinliklər üzləşib. “ kövrək adamdır.bir az məhəbbət görən kimi həyacanlanır və bir az sərtlik görən kimi qəzəblənir.”22

“hər halda məlumdur Xaqaninin dinc həyatı olmayıb.əvvələr yoxsul olub və vəfalı dostları da olmayıb.”23

Beləliklə, şairin həyatı onun şerinə və üslubuna təsir göstərib.

Xaqaninin şeirlərində Azərbaycan üslubunun xüsusiyyaətləri

Şeirlərində şairin dünyagörüşü
Münəccim:

به تثلیت بروج و ماه و انجم

به تربیع و به تسدیس ثلاثا

(دیوان خاقانی –کزازی- ص 44)

Həkimlik:

نوشدارو و مفرح که جوی سود نکرد

هم بدان آسی آسیمه نظر باز دهید

(دیوان خاقانی – ص 229)
Şahmatçı:

در قمره زمانه فتادی به دستخون

و امال کعبتین که حریفی است بس دغا

(دیوان خاقانی- ص 30)
Dini mövzular
Təkallahlıq:

هر چه جز نور السموات از خدای آن عزل کن

گر تو رامشکوه دل روشن شد از مصباح لا

(دیوان خاقانی- ص 9)
Kəbə:

شبروان در صبح صادق کعبه جان دیده اند

صبح را چون محرمان کعبه عریان دیده اند

(دیوان خاقانی- ص 165)
 
Peyğəmbər:

پس آسمان به گوش خرد گفت: شک مکن

کان قدر مصطفی ست علی العرش استوی

(دیوان خاقانی- ص 14)
 

Vətənpərvərlik

من شکسته خاطر از شروانیان وز لفظ من

خاک شروان مومیایی بخش ایران آمده

(دیوان خاقانی- ص 565)

از ضمیرش که به یک دم دو جهان بنماید

جام کیخسرو ایران به خراسان یابم

(دیوان خاقانی- ص 395)
 
Bədii təsvir və ifadələr
Təşbeh:

خال سیاه او حجرالاسود است از انک

ماند به خال و زلف به هم حلقه درش

(دیوان خاقانی- ص 295)
 
İstiarə:

طاووس بین که زاغ خورد و انگه ازگلو

گاورس ریزه های منقا برافکند

 (دیوان خاقانی- ص 192)
 
Kinayə:

زیره ابی دادشان گیتی و ایشان برامید

ای بسا پلپل که درچشم گمان افشانده اند

(دیوان خاقانی- ص 157)
 
Xristianlıq
Xristian dini:

فلک کژ روتر است از خط ترسا

مرا دارد مسلسل راهب اسا
(دیوان خاقانی- ص 40)
 
İsa Peyğəmbər:

آن نازنین که عیسی دل ها زبان اوست

عود الصلیب من خط زنار سان اوست

(دیوان خاقانی- ص 810)
 
Özündən tərif etmək

مرا اگر تو ندانی عطاردم داند

که من کیم ز سر کلک من چه کار آید

(رخسار صبح- کزازی – 217)
بی من همه گر هنر نمایند
هیچ اند چوزی من آیند
(رخسار صبح- کزازی – 218)
 
Həcv
زین خام قلتبان پدری دارم
کز آتش افرید جهاندارش
هم طبع او چو تیشه تراشنده

هم خوی او برنده چو منشارش...24

(دیوان خاقانی- ص 1196)

 

Nizami Gəncəvi

“adı İlyas.Leyli və məcnun poemasında öz adını qeyd edib...təzkirə yazanlar və tədqiqatçılar doğum ilini müxtəlif yazıblar.Ripka və Britlis şairin doğum ilini 535, Vəhid Dəstgerdi isə 533 və Minorski 541 ya 555-ci(hicri)... illərdə qeyd edib”25

Şairin vəfat etdiyi il də məlum deyil. “ 570-dən 614 (hicri)-cü illərə kimi qeyd olunub.”26ancaq məlumdur ki, o, 607(hicri)-ci ildən sonra vəfat edib.27Nizami də həyatında çoxlu çətinliklərlə üzləşib. “ Xaqani ilə müasir dövrdə yaşayıb.onun ölümündən sonra Xaqaniyə mərsiyə yazıb.”28

Dr. Cəlaləddin Kəzazi deyir: “ bu mərsiyədən yalnız bir beyt qalıb”29

Nizami “əsərini Allahın adı ilə başalayır.”və bu onun mühüm xüsusiyyətidir. “ o dövrə kimi bu işi görən başqa kimsədən xəbərim yoxdur.”30

Sirus Şəmisa yazır: “ bu üslubun(Azərbaycan)başqa şairi Nizami Gəncəvidir.o, tam şəkildə Xaqaniyə bənzəyir.və özünə məxsus üslubu var...”31

Nizaminin şeirlərində Azərbaycan üslubunun xüsusiyyaətləri

Şeirlərində şairin dünyagörüşü
Həkimlik:
وبا خیزد از تری اب و ابر
که باشد نفس را گذرگه ستبر
(اقبالنامه- ص 21)
Münəccim:
گوهر شب را به شب عنبرین
گاو فلک برد زگاو زمین
(مخزن الاسرار- ص 15)
Musiqiçi:

زبی لحنی بدان سی لحن چون نوش

گهی دل دادی و گه بستدی هوش

( خسرو و شیرین- ص 244)
 
Dini Mövzular

Quran Ayəsi:    (فتبارک الله احسن الخالقین / سوره 23 ایه 14 )

بر صورت من ز روی هستی
آرایش آفرین تو بستی
( لیلی و مجنون- ص 7)
 
 
Peyğmbərin Meracı:
با قفس قالب از این دامگاه
مرغ دلش رفته به آرامگاه
( مخزن الاسرار- ص 17)
Minacat:
ای همه هستی زتو پیدا شده
خاک ضعیف از تو توانا شده
( مخزن الاسرار- ص 12)
Vətənpərvərlik

همه عالم تن است و ایران دل

نیست گوینده زین قیاس خجل
چون که ایران دل زمین باشد
دل زتن به بود یقین باشد
(هفت پیکر- ب 351)

D.Bədii təsvir və ifadələr

Təşbeh:

لیلی چون ستاره در عماری مجنون چو فلک به پرده داری

( لیلی و مجنون – ص 74)
İstiarə:

هزاران نرگس از چرخ جهانگرد

فروشد تا بر آمد یک گل زرد
( خسرو وشیرین-ص 30)
Kinayə:

از چو منی سر به هزیمت نبرد

صحبت خاکی به غنیمت شمرد
( مخزن الاسرار- ص 45)
E.Xristianlıq
رخت مسیحا نکشد هر خری
محرم دولت نبود هر سری
( مخزن الاسرار- ص 313)
نظامی چون مسیحا شو طرفدار

جهان بگذار بر مشتی علف خوار

(خسرو و شیرین – ص 152)
 

F.                 Özündən tərif etmək

میدان سخن مراست امروز
به زین سخنی کجاست امروز
( لیلی و مجنون- ص 140)
سخن تا گرفت استقامت به من
قیامت کند تا قیامت به من
( شرفنامه – ص 41)
 
G.Həcv

Azərbaycan üslublu şairlərin içərisində Nizami həcv yazmayıb.

ز آن حرف که عیب ناک باشد
آن به که جریده پاک باشد
تاچون که به داوری نشینم
از کرده خجالتی نبینم
( لیلی و مجنون – ص 575)
Son Söz:

Tədqiqatçılara əsasən və şeir nümunələrinə görə Azərbaycan üslubu Fars şerinin üslubularından biridir.bu məqalədə yalnız Xaqani və Nizaminin əsərlərini araşdırdıq, ancaq başqa şairlərin, o cümlədən Fariyabi, Fələki Şirvani və ...əsərlərində Azərbaycan üslubuna aid bir çox xüsusiyyətləri tapmaq olar.

Bu üslub Qafqaz və Azərbaycanda yarandığına görə bu üsluba Azərbaycan üslubu deyilir.bu ad coğrafiya və dilə aid deyil.misal üçün Şəhriyar, Azərbaycan şairidir, ancaq Azərbaycan üslublu şair deyil.

Azərbaycan üslubu 100 ildən çox istifadə edilmədi.bu üslub 6-cı əsrdə İranın Qafqaz bölgəsində yaranmasına baxmayaraq Hafiz, Xacuye Kirmani, Əttar Neyşaburi, Sədi kimi şairlərin ortaya çıxmasına səbəb oldu.

Nəticə:

Azərbaycan üslubu, İraqi üslubun yaranmasına səbəb oldu.və bu üslubda yazan məşhur Fars şairləri, Sədi və Hafiz ortaya çıxdı.

Azərbaycan üslublu şairlərin əsərləri, o cümlədən Xaqaninin əsəri Moləvi və Səlman Savuci kimi şairlərə təsir etdi.və Nizaminin şeirləri Əmirxosrov Dehluyi və cami kimi natiqlərə təsir etdi.və bu şairlərə əsasən nəzirələr yazdılar.

Çıxarışlar:
Qaynaqlar:
  • Yazılıb
  • da (də) 2009 May 19