Tarix : 2009 May 19
Kod 12020

Azərbaycan Respublikasında Etniklərin (Varlığı)Kimliyi

.
Azərbaycan Servisi/Aran Agentliyi
Müəllif: İlyas Vahidi
Həsən Güli

86(2007)-cı ilin sonlarında nəşr olunmuş kitablardan biri də “Azərbaycan Respublikasında Etniklərin Kimliyi”adlı kitabdır. Bu kitab üç hissədən ibarətdir: A. Azərbaycanda etniklər B. Din və məzhəblər C. Nəticə

Bu kitabın müəllifi ilk öncə etniklərlə hakimiyyətin münasibətini araşdırıb.və sonra Azərbaycanda olan 38 etnikin arasında 7 etnikin Azərilər, ləzgilər, ruslar, ermənilər, talışlar, kürdlər, yəhudilərin ictimai-mədəni, cəmiyyət, iqtisad və siyasi vəziyyətini tədqiq edib.

Sonra  müəllif Azərbaycan respublikasında əksər əhalinin müsəlman və şiə məzhəb olduğunu izah edib və bu respublikada başqa məzhəblərin və dinlərin təsirini və rolunu araşdırıb.

Müəllif kitabın sonunda Azərbaycan respublikasında olan müxtəlif etniklərin xarici görüşünü, xüsusi ilə fəaliyyətlərini İran İslam Respublikası ilə müqayisə edib.

Xatırlatmalıyam ki, kitabın girişində müəllif qeyd edib ki,  bu tədqiqatdan məqsədi Azərbaycan respublikasında etniklərin xarici görünüşlərini və fəaliyyətlərini tədqiq etməkdir.ancaq müəllif bu hissəni çox az izah edib.nəticədə isə bir sıra həqiqətlərə işarə etməyib.

Hər halda bizim məqsədimiz kitab tanıtmaqdır.burada iki məsələni izah edəcəyik:

Kitabın üçüncü fəsli nəticəyə aiddir. Müəllif Azərbaycanda bir növ modern Azəri varlıqdan(kimlikdən)söhbət edib. Və İran Azərilərin, İrani-İslami varlığın təsirini müqayisə edib və nəhayətdə modern Azəri varlığı üstün bilib.

Bu haqda deməliyəm ki, müəllif ilk Azəri modern varlığın mənasını izah etməli, bu varlığın struktunu tanıtmalıdır ki, oxucu müəllifin bu fikrini(Azəri modern varlıq)qəbul və ya rədd etsin.

Hər halda müəllif modern Azəri varlığın mənşəyini qərbə və sekolarizm etiqadlara bağlayır.əlbəttə İran azərilərin bu növ etiqadları yoxdur.Hətta Azərbaycan xalqı bu etiqadlardan uzaqlaşıb , öz tarixi həqiqətlərini axtarır.

Hörmətli yazıçı, üçüncü fəslin bir hissəsində qeyd edib: “Azəri modern varlıq(kimlik) millətçi İran azərlərin arasında geniş şəkildə yayılır.”

Müasir İran tarixini araşdırdığımız zaman İranın ərazi bütövlüyünün qorunmasında azərilərin rolunu aydın şəkildə görmək olar.və müəllifin bu iddiası səhvdir.Məşrutə İnqilabında Azərbaycanın rolu, 1324(1945)-cü ildə Azərbaycan xalqı xarici ölkələrin müdaxilələrinə qarşı çıxmaqları, İslam İnqilabında və İran-İraq müharibəsində, İranın qalibiyyətində azərilərin rolunu araşdırdığımız zaman bütün həqiqətlər ortaya çıxır.İran azəriləri bütün İrana Azərbaycan kimi baxırlar.və heç bir millətçi düşüncəyə sahib deyillər və əgər maddi, mənəvi hüquqlarının təmininə təkid edirlərsə, bu yalnız İran İslam Respublikasında olan vətəndaşlıq hüququ əsasındadır.

Sonda qeyd etməliyəm ki, bu kitab Azərbaycan respublikası haqqında yeni bir mənbədir.əlbəttə Azərbaycan məsələləri üzrə ekspertlər və tədqiqatçılar tərəfindən bu kitab tənqid oluna bilər.

  • Yazılıb
  • da (də) 2009 May 19