Universitet müəllimlərin, İranın tarixi və mədəniyyəti üzrə daxili və xarici tədqiqatçıların iştirakı ilə Tehran universitetində “Mədəni İranın keçmişi, bu günü və gələcəyi” adlı beynəlxalq konfrans keçirildi.bu konfrans iki gün davam etdi.
Bu konfransın baş katibi dedi: “ Üçüncü min illiyə daxil olmaq üçün milli varlığımızın bir hissəsi olan qədim tariximizi və mədəniyyətimizi tanıtmaq vacib işlərdən biridir.”
Dr. Hüseyn Qudərzi dedi: “ Bu konfrans İran dil və ədəbiyyatı, Mədəni İranda dinin mövqeyi, Mədəni İranda incəsənət, məntəqənin tarixi, mədəniyyəti və əlaqələri əsasında keçirilir.
Xatırlatmalıyam ki, “Aran”müəssisəndə olan bir çox universitet müəllimləri, tədqiqatçılar daxili və xarici tədqiqatçılarla bərabər bu konfransanda iştirak etdilər.
“Aran”adlı jurnalın baş redaktoru Həsən Güli, “İranli Qafqazın varlığı və üzləşdiyi məsələlər”adlı məqalə ilə konfransın ikinci çıxışını etdi: “iki yüz ilə yaxındır ki, Qafqaz İrandan ayrılıb.ancaq buna baxmayaraq İran mədəniyyətinin qalıqlarını bu ərazilərdə görmək olar.və həmin əraziləri İran mədəniyyətinin bir hissəsi hesablamaq olar.”
Güli, davamında dedi: 180 ildən çoxdur ki, bu bölgənin mədəniyyəti və varlığı çar, kommunist və qərbçilər tərəfindən tapdalanıb.və bu gün bir sıra qüdrətlər, xüsusi ilə Amerika və sionist rejimi bu məntəqələrdən hər tərəfli faydalanmaqla həqiqi tarixin dirçəlməsinə maneçilik törədirlər.o vurğuladı , bu qüdrətlər həqiqi tarix və mədəniyyətin, yəni İranı İslami mədəniyyətin əleyhinə təbliğat aparırlar.və buna görə də İransevənlərin vəzifəsi çox ağırdır.
Bu yazıçı öz çıxışında əlavə etdi ki, Şiəçiliyi gücləndirməklə, Qərbi düşüncələrlə mübarizə etməklə, İran mədəniyyətinə aid simvolları qorumaqla,İrani-İslami münasibətləri qeyd etməklə və Fars dilini gücləndirməklə İrani mədəniyyətin üzləşdiyi problemləri aradan qaldırmaq olar.
“Aran”jurnalının elmi əməkdaşlarından biri, Dr. Bəhram Əmirəhmədiyan “mədəni diplomasıya adı ilə Novruz bayramından faydalanmaq” məqaləsi ilə çıxış etdi: İslam dinindən sonra mövcudiyyətini qoruyan Novruz bayramı, müxtəlif xalqları bir-birlərinə yaxınlaşdıra bilər?bu işi hansı ölkə və hansı millət yerinə yetirə bilər? xristianların yeni il bayramı xristan dininə aiddir.ancaq bu bayram həm dindarlar, həm də qeyri-dindarlar tərəfindən qeyd edilir.Novruzun da belə bir rolu ola bilər?əgər yeni il qışın soyuq ayında milyonlarla insanı bir araya gətirirsə, Novruz bayramı da müsəlman xalqlarını, həm şiə, həm də sünniləri bir-birinə yaxınlaşdıra bilər?
“ Çinin Sin Kiank rayonundan Misrə qədər Novruz bayramı qeyd olur.Novruz bu ölkələrdəki xalqları bir-birinə yaxınlaşdıra bilər.hətta Novruz bayramı İran daxilində yaşayan xalqları da bir-birinə bağlaya bilər.o, çıxışın sonunda Novruzun nə qədər əhəmiyyətili olduğunu qeyd etdi: “son zamanlar BMT-yə məktub göndərilib və BMT-nin təqvimində Novruz Bayramının qeyd olunması xahiş olunub.”
Mehdi Nəlbəndi “Aran”-nın tədqiqtçısı, “ Azərbaycan respublikasının incəsənət və mədəniyyət orqanında İranın Mövqeyi”haqqında çıxış etdi:İranın şimalında yerləşən və bu gün Azərbaycan adlanan ölkə bir zamanlar İranın ərazisi idi.Gülüstan və Türkmənçay müqavilələrindən sonra “Azərbaycan Demokratik Respublika” və Sovet Sosialist Azərbaycan Respublikası adı altında tanındı.
O əlavə etdi ki, bu orqan müstəqillikdən sonra 70 il sovet hakimiyyətində olan siyasəti yürütməyə çalışır. iki ölkənin tarixi və mədəni əlaqələrini inkar etməklə İrana zidd fikirlər yürüdür.
“2001-ci ildə Bakı”adlı kitabın müəllifi, çıxışın sonunda xatırlatdı ki, Sovet hakimiyyəti dağıldıqdan sonra bu siyasət sərhədləri aşıb. Və “Azərbaycan respublikasının incəsənət və mədəniyyət orqanı” çalışır bu siyasəti İranın Azəri ərazisində yaysın.”
Məhəmməd Tahiri Xosrovşahı, “Xaqani Şirvani və Nizami Gəncəvinin əsərlərində İran və Rusiyanın müharibələrinə aid rivayətlər” adlı məruzəsi oldu: Xaqaninin divanında və Nizami Gəncəvinin İsgəndərnaməsində Rusiyanın Bərdəyə hücumu əks olunub.
“Nizami ilk parsdilli şairdir ki, əsərində tarixi həqiqətləri əks etdirib.Nizami Gəncəvidən sonra Xaqani Şirvani öz divanında Rusiyanın Qafqaza olan hücumunu qeyd edib.”
Bu konfransın başqa məqalələri bunlardır:Rusiyadan Dr. Cəhangir Dori, “ Fars ədəbiyyatı ilə rusların tanışlığı və Rus ədəbiyyatına Fars ədəbiyyatın təsiri”, Pakistandan Dr. Seyid Mortəza Musəvi “ 14-cü əsrin ikinci yarısında (şəmsi il)Farsca yazan və Fars dilində yazan şairlər”, Dr. Həsən Zolfəqari “ Fars dili və ədəbiyyatın mövqeyi və mədəni İran sahəsində dilin inkişafı”, Dr. Hakim Qasemi “Mədəni İranda millətlərin yaxınlaşmasına Beynəlxalq sistemin təsiri”. Tacikistan respublikasından Dr. Rovşən Rəhmani “ Buxara əfsanələri, Dəri Fars dili”. Rusiyadan Dr. Lələddin Məngil “ Rusiyada və muxtar respublikalarında Fars dilinin rolu”.Albaniyadan Əbdüllah Rəcəbi “ Şəmsəddin Fərraşəri və Fars ədəbiyyatı”.
Tehran universitetində Fəlsəfə müəllimi, Dr. Diani konfransın sonunda çıxış etdi. “ İranın mədəni sərhədini təyin etmək çox çətindir.və bütün dünyada İran mədəniyyətinin bir hissəsi olan Fars dilinə maraq çoxdur.