ABŞ-ın müdafiə nazirliyi İranın «yer-yer» tipli raketin sınağını uğurla keçirdiyini təsdiqləyib
  İİR servisi/Aran Agentliyi
«Yeni Şərq»in AP agentliyinə istinadən verdiyi məlumata əsasən, ABŞ-ın müdafiə nazirliyi İranın «yer-yer» tipli raketin sınağını uğurla keçirdiyini təsdiqləyib. Petaqonun rəhbəri Robert Geytsin sözlərinə əsasən, raketin təsir radiusu 2-2,5 min kilometr təşkil edir. 
    Daha öncə İran prezidenti Mahmud Əhmədinejad «Siccil-2» raketinin uğurla sınandığını bəyan etmişdi.