Tarix : 2009 May 22
Kod 12046

Müxalifətçi deputatlar hakimiyyətin məscidləri bağlaması ilə bağlı izahat istəyiblər

Müxalifətçilər məscidlərin bağlanması məsələsini qaldırıblar və ictimaiyyətə bunun niyə edildiyinin izah olunmasını tələb ediblər
Azərbaycan servisi/Aran Agentliyi
Cümə günü Milli Məclisin plenar iclası gündəliyin yarım saatlıq müzakirəsi ilə başlayıb. Müxalifətçi deputatlar insan hüquqlarının pozulması məsələsini qaldıraraq, mayın 10-da gül bayramı günü polisin onlarla tələbə və jurnalisti saxladığını misal gətirib. Həmçinin, jurnalist Mahal İsmayıloğluna qarşı «saxta» məhkəmə işinə də toxunulub.

Müxalifətçilər həmçinin məscidlərin bağlanması məsələsini qaldırıblar və ictimaiyyətə bunun niyə edildiyinin izah olunmasını tələb ediblər.

Türk filmlərinin tərcüməsiz göstərilməsi məsələsi də müzakirə olunub. Bu mövqenin təsdiqi olaraq Erdoğanın parlamentdə çıxışının tərcüməsiz olduğu və hamının onu başa düşdüyü yada salınıb.

Deputatlar rus sonluqlu soyadlardan imtina etmək və soyadları milliləşdirmək zərurətini qeyd ediblər.

Vitse-spiker Bahar Muradova bütün bu suallara cavab verərək bildirib ki, məscidlərin bağlanması məsələsini qaldırmaq «yersizdir». İstənilən deputatın müvafiq quruma müraciət etmək və cavab almaq səlahiyyəti var, deyə o bildirib.

Mahal İsmayıloğluna gəlincə, ona qarşı ittihamların əsassızlığını yalnız məhkəmə sübut edə bilər, deputatlar isə məhkəməyə təzyiq göstərə bilməzlər.

Deputat Əli Əhmədov ATƏT-in MQ həmsədrləri məsələsinin həlli zərurətini qaldırıb. Bu hökumətyönlü deputat hesab edir ki, onların son bəyanatları missiyalarına uyğun deyil. Lakin o, hansı bəyanatlardan söhbət getdiyini dəqiqləşdirməyib. /TURAN/
 
  • Yazılıb
  • da (də) 2009 May 22