İİR servisi/Aran Agentliyi
İslam-Azeri-nin İsra Xəbərə istinadlı xəbərinə görə İsrailin Mossad xüsusi xidmət orqanı olan Mossada bağlı Debka saytı İran Ordusunun sınaqdan keçirdiyi "Siccil 2" raketləri İsrail ordusu rəhbərliyi arasında təşviş yaratdığını yazıb.
Saytın yazdığına görə başda ABŞ-ın Nevatim havadan müdafiə kompleksi olmaqla bütün raket müdafiə sistemlərinin bu yeni Siccil 2 raketindən müdafiə olunmaqda aciz olduğu bildirilir.
Qərbin hərbi ekspertləri isə:"İranın raketdən müdafiə sistemi İsrailin raketdən müdafiə sistemindən 2 və ya 3 il irəlidədir"-bildiriblər.
Hal hazırda ABŞ və İsrail hərbi rəhbərliyi bu mövzuda narahatçılıqlarını açıqlayıblar.